İlk dəfədir ki, hansısa əsər haqqında uzun-uzun fikirlərimi paylaşacağam, ona görə də oxuyacaq olan insanlara öncədən təşəkkürümü bildirir, hansısa səhvə yol verərəmsə bunu mənə bağışlamağınızı rica edirəm.
Ən çox əsərdəki obrazların mənə olan qatqıları, məndə oyatdığı hislər barəsində yazmaq istəyirəm. Çünki bu əsərdəki obrazlar oxuduğum əsərlər arasında ən çox qəlbimə toxunan obrazlardan oldular. Bütün obrazların qəlbimdə özəl yeri var, amma mən əsəri oxuduqca məni ən çox təsirləndirən obrazlardan yazacağam.
Məsələn, İmi ilə Cimi mənə ancaq sevdiyiniz işdə, sevdiyiniz yerdə xoşbəxt ola biləcəyimi, həvəsim olan peşənin ardınca getməyimi, yalnız o zaman uğurlu ola biləcəyimi öyrətdilər. Sevmədiyin iş üçün nə qədər çalışsam da, hansısa nailiyyət qazana bilməyəcəyimi, Qulunun da onlara dediyi kimi, sadəcə işgüzar işsiz olacağımı öyrətdilər.
Qulu… Fədakar dost… Ondan yardımsevərliyi öyrəndim. Dostluğun çox önəmli olduğunu, dostlarım üçün heç bir qarşılıq gözləmədən əlimdən gələnin ən yaxşısını etməli olduğumu, yalnız o zaman həqiqi bir dost ola biləcəyimi öyrəndim.
Nəriman əmi…Onun ən çox əzmini, çalışqanlığını, zəhmətkeşliyini sevdim. Çox çalışsam, kiçik addımlarımın qarşımda uzun yollar aça biləcəyinə əmin oldum. Nəriman əmi öz incəsənət sevgisi ilə mənim incəsənət ruhumu daha da alovlandırdı, teatr sevgimi daha da artırdı.
Səadət… Ah Səadət, sən çox gözəl qadın olmağına baxmayaraq, özünü necə də məhv edirdin. Səadət mənə həddindən artıq qısqanclıq hissinin əvvəl-axır hüsran gətirdiyini, əsassız şübhələrin insanı, hətta ətrafındakılarını da məhv etdiyini öyrətdi. Amma Səadət eyni zamanda mənə, dinləməyi bacarmalı olduğumu öyrətdi. Bir insanı dinləməyi bacararsam, onun mənim haqsız tərəflərimi deməyinə, mənə göstərməyinə icazə verərsəm, özümə bəlkə də nə qədər qatqım