Təbiətin qanunu ;)
Hər bir canlı yaşayıb öz nəslinin davamçısını yetişdirir. Quşlar, heyvanlar, balıqlar. Əksəriyəti doğduqlarını böyüdür. Sonra uşaqlar valideynlərini tərk ediib öz həyatlarını yaşayır. Və heç bir heyvan demir ki, mən qocalmışam gəl məni saxla. Sizcə niyə belədir? Lap tutaq ki, övlad çıxıb getdi. Bəs qoca valideyn tərk ediləndən sonra niyə ölmür ?
Cavab:
Çünki hər bir heyvan özü-özünü saxlayacaq iqtidara, gücə malikdir. Onun nə övlada ehtiyacı var, nə pensiya, nə də ki, qocalar evinə. O vaxtında həyatını elə qurur ki, qocalanda da yaşaya bilsin. Övladları isə ancaq ona görə böyüdür ki, ana təbiət qarşısında borcunu yerinə yetirə bilsin...