Bilirsən, biz çox düşünürdük ki, nizə məhz Azərbaycan? Niyə sonuncu qəhrəman burdan çıxmalı idi? Axır anladıq ki, onun gəlməyi üçün bundan yaxşı yer ola bilməzdi. Çünki Azərbaycan dünyanın mərkəzində yerləşir. Nə Şərqdir, nə Qərb. Nə İslam ölkəsidir, nə Xristian ölkəsi. Nə inkişaf etmişdi, nə geridəqalmış. Nə ənənəyə bağlıdır, nə müasir. Azərbaycanın ideologiyası yoxdur. Bax bizim bircə fikrimiz var. Qarabağı qaytarmaq. Başqa heç nə. Azərbaycanlıları birləşdirəm başqa heçnə yoxdur. İndi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Həə... Bəs sonra ? Sonra nə eləmək lazımdır? İnkişaf eləmək ? Bu ideologiya ola bilər ? İnkişaf... Demokratiya ? Yoxsa nə ? Nə istəyir azərbaycanlılar ? Özləri bilir ? -YOX
Əslində həqiqət qeyri-adi bir şey deyil. İnanılmaz gücə malik tilsimli cümlələr deyil ki, onları yalnız alimlər başa düşsün. Həqiqət o qədər sadədir ki, onu hər kəs anlaya bilər. Amma ona əməl etməyi hər kəs bacarmır...