Kitab həqiqətən həyata baxış bucağını dəyişən sehrli bir şeydir. Fərqinə varmadan nə qədər arzusunda olduğumuz şeylərə sahib olub onları görmədiyimizi göstərir. Təəssüflərimizin əksəriyyətinin, hətta bütünlükdə hamısının nə qədər boş olduğunu aşkar edir. Bitirdikdə xeyli fikirləsdirəcək, bir çox fikirlərinizə təsir edəcək. Xoş oxumalar.
Kitab məni çox fərqli psixoloji vəziyyətlərə saldı. Və kitab haqqında bir neçə rəy yazmaq olar. Əlimizdə olanlara sahib olduqlarımıza bir daha baxmalıyıq. Məncə keçirdiyimiz hisslər və emosiyaları özümüz nəzarətdə saxlaya bilərik. Özümüzə düşdüyümüz vəziyyətə (tək psixoloji deyil, ailə vəziyyəti, mənəvi, maddi vəziyyət) kənardan daha yüksəkdən baxmalıyıq.
Nitsşenin təkliyi əslində elə onun tək qalma qorxusundan irəli gəlirdi. Özünü olduğu psixoloji vəziyyətə təslim etmiş biridir. Özünə aid kitablarda irəli sürdüyü fikirlərdə də bu açıq aydın görünür.
Kitab çox uğurlu alınıb. Tövsiyə edirəm.
Nitsşe AğlayandaIrvin D. Yalom · Qanun Nəşriyyatı · 202369,9bin okunma
Daha maraqlı daha dramatik bir kitab ola bilərdi. Yarımçıq qoymamaq üçün sona qədər oxudum.
Bəlkə də pyes olduğu üçün maraqsız gəldi. Amma hər halda süjet xətti tam alınmayıb.
Üç Kız KardeşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 20169,8bin okunma
Bir hekayənin də sonuna gəldik. Son oxuduqlarımın içində ən həyəcanlı, sonunu səbirsizliklə gözlədiyim, heç bezmədiyim kitab idi. Baxmayaraq ki, yazıçının ilk kitabıdır, hər xırda detalları belə düşünülüb. Oxuduqca sanki yaşadım. Belə yeni qələmlərimiz var deyə çox sevinirəm. İkinci kitabı səbirsizliklə gözləyirəm...
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma
Həqiqətəndə "Böyük insanlar böyük acılar çəkmək məcburiyyətindədir"
Dostoyevski böyük insan idi və onu təmsil edən Raskolnikovda.
Dostoyevskinin insan psixologiyasının dərinliklərinə toxunanda ustalığı bu kitabda açıq şəkildə görünür. Əsərin baş qəhrəmanları Raskolnikov, Sonya, Porfiri, Svidriqaylovun ruhsal halları bu əsəri dərinləşdirib. Cinayət və günahkarlıq haqqında suallar verəcək, cəmiyyətdə nəfərin yeri ve önəmini düşünəcək, möhtəşəm təsviri ilə özünüzü Peterburq küçələrində hiss edəcəksiniz. Raskolnikovun qurtuluş şansı varkən nə üçün cinayəti etiraf etdiyini kitabın sonlarında anladım.
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyat · 2023194,1bin okunma