– Ona nə olub?
– Bax, artıq bir ildir ki, hər gün Raymond özünə qəsd etməyə cəhd göstərir.
– Bəs o niyə bunu burada, stolun arxasında edir? Niyə o, bıçağı gizlədib gecə hamı yatdıqdan sonra ürəyinə sancmır?
– Yəqin, o ölmək istəmir, cənab.
İnsan əməllərinin rəssamlıqla ümumi cəhətləri çoxdur, minxer. Bir addım geri çəkilən kimi bütün perspektiv dəyişir, odur ki, təəssürat da təkcə obyektdən deyil, həm də tamaşaçıdan asılıdır.