"İnsan heç nədən hansısa sözləri deməz. Hər sözün arxasında bir səbəb durur. Parapraksis, dilin sürüşməsi... Bu mənasız kimi görünən ifadələr, psixoanalizə görə, əslində, dil xətası deyil, insanın səylə basdırmağa çalışdığı şüuraltı ixtilafların, gizli istəklərin təzahürüdür. Parapraksislər insanın şüuraltısına gedən gizli bir yolun varlığından xəbər verir.
İnsan və onu Yaradan arasında bütövlük və ayrılmazlıq var. İnsan bütün ömrü boyu həqiqət axtarışındadır. Halbuki o həqiqəti görmək üçün sadəcə aynaya baxması yetərlidir. Uzun, əziyyətli yoldan sonra anlayırsan ki, heç bir şey sənin öz daxilindən kənarda deyilmiş.
Bəli, özümü sevməkdən zövq alıram. Mən özümsüz yaşaya bilmərəm. Bil ki, məni sevmək böyük həzz gətirir, odur ki, hamıya bunu tövsiyə edirəm. Sənə məxsusən.
#Şon Onil
Məsələn, valideynlərin ailədə rollarını dəyişmələri. Ailə iyerarxiyasında həm kişinin, həm də qadının özünə görə bəlli yeri var. Bəzən kişi ailədə öz mövqeyini əldən verir və yerinə qadın keçir. Bu zaman da uşaqlar çaş-baş qalır, davamlı qorxu və gərginlik hiss edirlər.