Vəliيeva Bəتuل

Vəliيeva Bəتuل
@_temizsema_
Ən xoşbəxt insanların həyatda ən yaxşı şeyləri yoxdur. Əksinə,həyat haqqında ən yaxşı təsəvvürə sahibdirlər!
Müəllimə
OYU
Mərdəkan
30 okur puanı
Eylül 2021 tarihinde katıldı
Məzmun (spoiler)
10/10
·256 syf.··
Beğendi
·
2022 1. kitabı
Kiçik bir ada və bir-birini tanımayan on qonaq... Naməlum ev sahibi... Bəs, görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbə ilə səslənən ittihamlar bütün qonaqları sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur... Mən dedaktiv roman həvəskarı deyiləm. Həyacanlı yazar qələmi gördükdə dayana bilmərəm. Aqata Kristinanı ilk "On zənci balası" əsəri ilə kəşf etdim. Romanı çox bəyəndim. 1gündə oxuyub bitirdim. Oxuduqca zehnimdə hadisələri canlandırırdım. Bu işi bir azda həyacanlı edir. Digər əsərlərini mütləq oxuyub kəşf etmək istəyirəm. Əsərdə bəyəndiyim məqamlar çox idi. Mən müəyyən qədrinini qeyd etmək istərdim. İlk başda surətlərin və ada haqqında məlumat verilir. Adların çoxluğu sizi yormasın. Mən elə zənn etdim ki, yadımda qalmaz və məni yorar. Əsla elə olmadı. Dediyim kimi yazarın qələmi axıcıdır. Hadisələr zənci adasında baş verir. Bu adaya dəvət olunan qonaqlar var. Qonaqları necə dəvət ediblər? Niyə? Kim? 10qonaq var. Onların hamısına məktub göndərilir. Hər kəsin ora gəlməsinə vasitəçi olan tanış adlar var. 10 şəxsi ora gedib qayıtmaq üçün çağırılmayıb öldürülmək üçün çağırıb. Arsmstonq, miss Brent, Blor, Kleytorn, Lombard, Makartur, Morston, Rocers, Uoqreyv... Yaxşı bəs niyə bunu edib? Çünki o elə düşünür ki cəzalandırılmamış insanlar var. Onların etdikləri günahları sübut etmək mümkün deyil. Buna görə o bu yola əl atıb. Onlar haqqında axtarışlar edib məlumat toplayıb və zənci adasında möhtəşəm bir oyun planı qurub. Hər kəs qatilin bir başqası olduğuna inandı. Elə zənn etdilər ki
Roman
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,5bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Övladınızı rəmslərlə tanıyın
10/10
·128 syf.··
Beğendi
·
2021 18. kitabı
Mən rəsm analizi ilə bağlı kitab axtarırdım. Əslində türk dilində bu mövzuda yazılan kitab sayı çoxdur. Mən isə azərbaycan dilində axtarırdım. Sonunda tapıb iyul ayının 27-də oxuyub bitirdim. İlk başlanğıc üçün çox mükəmməl kitabdır. Əgər bu sahədə daha geniş məlumatlar əldə etmək istəyirsizsə mütləq digər müəllifləri də araşdırın. Bu kitabın içində sizə praktiki işlər də verilib. Mövzularla necə işləmək lazım olduğunuda izah edir. Uşaqların çəkdiyi şəkillər onların daxili aləmindən, duyğu-düşüncələrindən xəbər verir. Uşaqlar sözlə deyə bilmədiklərini rənglərlə ifadə edirlər. Uşaqların şəkil çəkərkən seçdiyi rənglər, çəkdiyi cizgilər bizə nə deyir? Şəkillərdəki detallar nədən xəbər verir? Uşağın hansı problemi var? Bəlkə, valideynlər onunla düzgün davranmır? Bəlkə, məktəbdə onunla kobud rəftar edirlər? Bu kitab boyu real şəkillər və izahlar vasitəsilə yuxarıdakı suallara cavab axtarılır. Ölkəmizdə ilk dəfə uşaq şəkilləri mövzusunda yazılan bu kitab əsasən valideynlər, müəllimlər, müvafiq ixtisasın tələbələri və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Danışan ŞəkillərNərmin Rəhimli · Libra kitab · 05 okunma
Puan vermedi·455 syf.··
Beğendi
·
2021 7. kitabı
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. youtu.be/XImVhXnIbn4 Bu linkdə isə əsərin teatrı çəkilib.
Edebiyat
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
Puan vermedi·448 syf.··
Beğendi
·
2021 6. kitabı
Mən bu kitabı 1il əvvəl oxumuşam. Həqiqətən də bir kitab insana bu qədər təsir qoyar mı. Müharibə şəraitində baş verən hadisələr, insanların həyatları,o dövrdə olan çətinliklər və.s Bir neçə ailə üzərində təsvir olunub. Sonu həqiqətən də çox möhtəşəm. İstəsəz filmi belə var. filmmodu.net/the-kite-runner...
Edebiyat
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,2bin okunma
10/10
·272 syf.··
Beğendi
·
2021 5. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Eylül 2021 21:02
Kitabı böyük həvəslə oxuyaraq bitirdim.Həm motivasiya psixologiyası kitabları silsiləsindən olduğu üçün, həmdəki yazarı möhtəşəm qələmə aldığına görə çox bəyəndim. Oxuduğunuz müddətdə özünüzə verəcək çox suallarınız olacaq. Niyə mən indiyə kimi çətinliyə düşündüyüm an bu cür düşünmədim deyə özünüzlə müzakirə edəcəksiz. Elmi bilgilər əldə edəcəksiz. Böyük şəxsiyyətlərin həyatı, onların uğurları haqqında məlumat əldə edəcəksiz.
Düşünce
Çətin Olsa da, Həyat Davam EdirRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016836 okunma