Gülər Abdinova

Gülər Abdinova
@abdn0vaa
14 Ağustos 2007
8 okur puanı
Ağustos 2025 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·420 syf.··
2025 5. kitabı
Kitabı iki dəfə oxumuşam. İlk dəfə oxuyanda sadəcə 13 yaşım var idi. Qarşıma çıxmışdı və oxumuşdum, adına isə heç diqqətlə baxmamışdım. Kitabı üç günə bitirdim. Üstümdə o qədər böyük bir təsir buraxmışdı ki, illər keçsə də unuda bilmədim. O kitab pdf şəklində idi və itmişdi. İllərlə axtardım, amma adını bilmədiyim üçün tapa bilmirdim. 18 yaşımın tamam olmasına altı gün qalmış, Telegramda gəzərkən təsadüfən qarşıma çıxdı. Maraqlı gəldi və oxumağa başladım. Daha ikinci səhifədə artıq axtardığım kitab olduğunu xatırladım. Çox sevinmişdim. Bu dəfə yavaş-yavaş, dərk edərək oxudum və məndə buraxdığı hiss tam başqa idi. “Mənim payım” mənə göstərdi ki, hər bir qadının öz həyat yolu və azadlığı var. Məsumənin hekayəsindən öyrəndim ki, oxumaq və sevmək üçün mübarizə aparmaq insana güc verir. Başqalarının gözləntilərinə tabe olmaq lazım deyil, hər kəs öz “payını” – öz yolunu seçməlidir.
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,396 okunma