Hər kəs üzünə təbəssüm adlı maska taxıb.Hamı güya xoşbəxtdir. deməli, hamı bir - birini aldadır. Elə sən özün də maska yazmısan,buna görə də başqaları sənin xoşbəxt olduğunu düşünür,sən isə başqalarının daha xoşbəxt olduğunu fikirləşirsən.
İçimdə heç cür yaxamı buraxmayan bir sıxıntı yarandr Beynimdə də yalnız bir fikir: insan həyatı hər an üzülmək təhlükəsi olan nazik bir sapdan asılib, Bu fikir məni çox qorxudurdu.
Anam həmişə deyirdi ki, haminin payını ayırıb kənara qoyurlar ki, o payi özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payim olmayıb. Yeniyetma vaxtdi atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra arimə görə. Mənə ya bir qəhraman, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yere çirpdilar. Bunlarin heç biri mənim öz payim deyildi. Heç vaxt heç kimin menim məhz özümün kim olduğunu, nə istədiyimi soruşmadı...