Faustkolnikoff

Faustkolnikoff
@actavsan
Azərbaycan
Andromeda
51 okur puanı
Aralık 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·78 syf.··
Beğendi
·
2026 20. kitabı
·
35 günde okudu
·
Okunma: 18 Mayıs 2026 20:01
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının ən böyük yazıçılarından biridir. Əsərlərində insanların cahilliyini, savadsızlığını və dövrün problemlərini elə şəkildə göstərir ki, insan oxuduqca əsəbiləşir, düşünməyə başlayır. Ölülər də onun ən təsirli əsərlərindən biridir. Açığı, bu əsəri daha əvvəl oxumadığıma təəccübləndim. Geriliyin və cəhalətin bu qədər güclü təsviri insanı heyrətləndirir. Əsərdə insanlar o qədər kor inanc içində yaşayırlar ki, Şeyx Nəsrullah kimi biri onların savadsızlığından rahatlıqla istifadə edib istədiyi kimi yönləndirə bilir. Ən dəhşətlisi isə odur ki, insanlar bütün bunlara baxmayaraq ona inanmağa davam edirlər. İsgəndər obrazı isə əsərdə həqiqəti görən və insanları oyatmağa çalışan yeganə insanlardan biridir. O, Şeyx Nəsrullah kimi saxta insanların əsl üzünü göstərmək istəyir, amma cəmiyyət həqiqəti görmək yerinə ona qarşı çıxır. Əsərin ən güclü tərəfi də bəlkə budur: burada “ölü” olan insanlar fiziki olaraq ölənlər deyil, düşünməyən, sorğulamayan və hər deyilənə kor-koranə inanan insanlardır. İllər əvvəl yazılmasına baxmayaraq, bəzi şeylərin bu gün də dəyişməməsi insanı daha çox sarsıdır.
ÖlülərCelil Memmedguluzade · Xan Nəşriyyatı · 20251,270 okunma
Reklam
10/10
·448 syf.··
Beğendi
·
2026 19. kitabı
·
29 günde okudu
·
Okunma: 16 Nisan 2026 14:30
Həyatla bağlı elə suallar var ki, illərlə insanın içində qalır. Cavabını tapanda isə rahatlamırsan — daha dərin bir boşluğa düşürsən. Kinyas ve Kayra məhz bunu edir: cavab verir… amma sakitləşdirmir, silkələyir. Oxuyanda hiss edirsən ki, kimsə sənin deyə bilmədiyin fikirləri sənin yerinə qurur. Bir yoldaş tapırsan — səni anlayan, amma səni xilas etməyən bir yoldaş. Kinyas və Kayra obraz deyil. Onlar insanın içində gizlənən qaranlığın açıq formasıdır. Onları dünya məhv etmir — onlar özlərini məhv edir. Və bu, daha qorxuludur. Çünki bu seçimdir. Bir nöqtədən sonra seçim qalır: – ya hər gün bir az daha ölmək – ya da yaşadığını hiss edib, həyatı gec də olsa sevmək Sözlər hər şey edə bilər: sevgi də yaradar, insanı məhv də edər. Amma eyni zamanda heç nə ifadə etməyə də bilər. Dünya bu paradoksun üzərində qurulub. Bəlkə də ünsiyyət sadəcə özümüzü aldatmaqdır. Və xoşbəxtlik… bəlkə də düşündüyümüz qədər böyük deyil. Amma onun yoxluğu — insanı məhv etməyə kifayətdir
Kinyas ve KayraHakan Günday · Doğan Kitap · 201835,3bin okunma
9/10
·372 syf.··
Beğendi
·
2026 17. kitabı
·
13 günde okudu
·
Okunma: 31 Mart 2026 11:12
Sonuncu İstintaq kitabı sadəcə müharibə kitabı deyil, daha çox insanın içində gedən müharibədən bəhs edir. Məncə, burada müharibə arxa fondur, əsas məsələ isə insanın daxili müharibəsidir. Kitabın ən sevdiyim tərəfi isə hadisələri tək tərəfli göstərmir, hekayəyə iki düşmənin gözü ilə baxırıq. Burada fikir anlayışı dəyişir, çünki qarşı tərəf də qorxur, səhv edir. Bu da “düşmən” anlayışını dağıdır və məcbur edir ki, məsələni daha çılpaq görəsən. Kitabda bəyəndiyim hissələrdən biri isə vicdan və seçim üzərində qurulub. Buradakı müharibə insanın kim olduğunu, onun seçimlərində ortaya çıxarır. Heç kəs tam günahsız deyil, sadəcə kimin hansı anda nəyi seçdiyi fərqi yaradır və sonda açıq bir hökm yoxdur. Ədalət anlayışı bulanıq qalır, çünki yazar burada “doğru budur” demir, səni öz içində qərar verməyə məcbur edir. Yəni məsələ müharibə deyil, məsələ sən bu vəziyyətdə olsaydın nə edərdin və bunun bədəlini necə ödəyərdin.
Sonuncu İstintaqVasif Zahidov · Teas Press · 202618 okunma
Puan vermedi·288 syf.··
Beğendi
·
2025 29. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Kasım 2025 14:35
Bu, Hesse’den oxuduğum üçüncü kitab oldu və bəlkə də ən çox özümə toxunanı idi. “Yalquzaq” oxuyarkən özümü bəzən Harry Haller kimi hiss edirdim cəmiyyətə sığmayan, içində bir insanla bir canavarın daimi savaşını daşıyan bir varlıq kimi. Amma məsələ Harry deyil… məsələ bizik. Hər birimiz bir az “Yalquzaq”ıq parçalanmış, amma hələ də həyatla bağ quran tərəflərimizlə. Kitabı oxuyanda, Hikmet Benolun Tehlikeli Oyunlardakı halı, ağrısı və ironik tənhalığı yadıma düşürdü. Hər iki obraz oxucunu içindən çəkir, bəzən ağrı verir, bəzən isə gülərək sığal edir amma nəticədə hər iki kitab sənə özünü daha yaxından tanıma fürsəti verir. Və bir həqiqət var həyat bəzən o qədər sərtdir ki, yumor belə bir sığınacaq kimi görünür.Pərdə bağlandı. Yeni tamaşa başlayır.Bu kitabı məncə, yenidən oxunmağa dəyər
YalquzaqHermann Hesse · Parlaq İmzalar Nəşriyyatı · 20259,6bin okunma
9/10
·114 syf.··
Beğendi
·
2025 26. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Ekim 2025 20:02
Sonuncu kitaba gəldik… Eylembilim. Oğuz Atay’ın tamamlayamadığı romanı. Oxuya bildiyimiz son cümləsi yarım qalıb və bu, mənə dərin bir hüzün buraxdı. Kitab insanın düşüncələrini və içindəki qarışıqlığı göstərir. Hər səhifəsi düşündürür, hər fikri oxucuya öz həyatını da sorğulatdırır. Atay, bu yarım qalan romanla belə, oxucusunun düşüncələrində iz buraxır.
EylembilimOğuz Atay · İletişim Yayıncılık · 20206,8bin okunma
Reklam