Nə səadət, nə xoş təsadüf, inan,
Səni gördükdə bitdi tabü təvan.
Gecə röyalərimdə özlərkən
Bu gəliş böylə ansızın bilsən,
Nə qədər zevqü nəşə verdi bana,
Haqlıdır, hər gönül tapınsa sana,
Burda qalsan, səninlə birləşsək,
Şüphə yoq, sisli taleyim güləcək.