Aysu Adıgözəlli

Aysu Adıgözəlli
@adigozalli
ELTE
Budapest, Hungary
43 okur puanı
Aralık 2023 tarihinde katıldı
10/10
·188 syf.··
2026 7. kitabı
Kitabı oxuduqca anladım ki, bu əsər sadəcə bir insanın hekayəsi deyil, insanın daxili dünyasının çox dərin və mürəkkəb təsviridir. Əsərin əsas qəhrəmanı Qolyadkin cəmiyyətə uyğunlaşa bilməyən, özünə güvəni az olan bir insandır. Onun həyatında birdən-birə özünə çox bənzəyən başqa birinin ortaya çıxması isə əsərin əsas gərginliyini yaradır. Artıq kitabın ortalarına çatdıqdan sonra fikrimdə ikinci Qolyadkin barədə bir neçə fərziyyə yaratmışdım, lakin anidən elə bir hadisə baş verirdi ki, fərziyyələrim dəyişirdi. Burada ən vacib məqam insanın daxili “ikiliyi”dir. Qolyadkinin qarşısına çıxan “öteki” əslində onun olmaq istədiyi, amma ola bilmədiyi tərəfidir. Bu ikinci Qolyadkin daha cəsarətli, daha rahat ünsiyyət qura bilən və cəmiyyətə daha tez uyğunlaşan biridir. Bu isə əsas qəhrəmanın daxili narahatlığını daha da artırır. Özünün zehnindəki ən yaxşı versiyası ilə yarışır. Qolyadkin getdikcə reallıq hissini itirir. Bəzən onun düşüncələrinin nə qədər həqiqi, nə qədər xəyal olduğu qarışır. Hətta bəzi yaşananların həqiqiliyi də mənim zehnimdə şüphəli olaraq qaldı. Kitab həm də cəmiyyətin insan üzərindəki təsirini göstərir. Əgər insan cəmiyyət tərəfindən qəbul olunmursa, bu, onun daxili dünyasında ciddi problemlər yaradır. Qolyadkinin yaşadığı vəziyyət də buna bir nümunədir. Nəticədə kitab insanın öz içindəki gizli tərəflərlə mübarizəsini göstərir. Hər bir insanın daxilində fərqli bir “mən” ola bilər (hətta fikrimcə var) və bu tərəfi qəbul etməmək insanı daxili parçalanmaya gətirib çıxarır.
ÖtekiFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202530,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Yazıda spoiler var
8/10
·224 syf.··
2026 4. kitabı
Kuyucaklı Yusuf - Sabahattin Ali'nin 1937-ci ildə yazıb nəşr etdirdiyi ilk romanıdır. Yazar əsərini 1931-ci ildə Aydın Həbsxanasında yatarkən tanış olduğu Yusufun yaşadığı hadisələrdən ilhamlanaraq yazmışdır. Romanın əsas mövzusu Yusufun həyatıdır. Valideynləri o uşaqkən öldürülür və bu faciə Yusufun cəmiyyətdən uzaqlaşmasına, aidiyyət hissindən məhrum olmasına səbəb olur. 9 yaşında Salahaddin Bey tərəfindən övladlıq götürüləndən sonra kənddən qəsəbəyə köçür. Yaşadığı qəsəbə isə güclü və varlı şəxslərin, bürokratların və polis qüvvələrinin təsiri altında olan bir yerdir. Bütün bunlara isə Yusuf baş əymir əksinə öz gücü çatan qədəriylə mübarizə aparır. Sabahattin Ali, Yusufun həyatı vasitəsilə bu feodal, ədalətsiz sistemi tənqid edir. Romanın başlanğıcından elə nə qədər kədərli olacağı məlum olmuşdu: "1903 sonbaharında Aydın'ın Nazilli ilçesine yakın Kuyucaklı köyünü eşkıyaların basması sonucu bir karı koca öldürülür. Olay yerine giden jandarma ve yetkilileri şaşırtan ne kan kokusu ne de cesetlerdir. Sedirin kenarında diz çöküp oturan ve gayet sakin görünmeye çalışan öldürülen kişilerin oğlu Kuyucaklı Yusuf'tur." Birazda romanın mərkəzi xətti olan Muazzez və Yusuf münasibətindən danışmaq istəyirəm. Onların münasibətini oxuyanda həm romantik, həm də mürəkkəb psixoloji qatlar görmək mümkündür. Yusuf, uşaqlıqdan faciə görmüş və dünyaya qarşı həssas, dürüst bir gəncdir. Muazzez isə onunla birgə böyümüş olsa da, davranışlarında bəzən tərəddüd və qərarsızlıq müşahidə olunur. Mən Muazzezin bu davranışların qınayan tərəf oldum, onun tərəddüdü və bəzən özünü qorumağı, sevgini açıq göstərməməsi mənə doğru görünmədi. Yusuf isə bütün bunlara baxmayaraq sədaqətli qalması, hətta sonda evdə yaşanan səhnədən sonra belə onu qoruyub özüylə götürməyi kədərləndirmişdi məni. Bu münasibət həm də cəmiyyətin
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,5bin okunma
5/10
·72 syf.··
2026 1. kitabı
Kitab İslam fəlsəfəsinə marağı olanlar üçün yüngül və rahat oxunan bir kitabdır. Məlumatlar çox dərin olmasa da, İbn Ərəbinin kim olduğunu və nə demək istədiyini ümumi şəkildə anlamağa kömək edir. Amma düzü, mənim üçün çox da qaneedici olmadı. Kitabın adı ilə içində danışılanlar tam üst-üstə düşmür — ilk mənfi tərəfi də elə budur. İkincisi, mövzular çox dərinə getmir, hər şey bir az səthi qaldı sanki. Daha çox bu mövzuya yeni başlayanlar üçün bir giriş kimidir.
İbni Arabi - Kimi Seviyorsan, Herkesin Yüzünde Onu GörürsünFerhat Atik · Destek Yayınları · 20201,522 okunma
10/10
·120 syf.··
2025 2. kitabı
·
6 günde okudu
·
Okunma: 30 Ocak 2025 16:48
Sadece muhteşem! İbn-i Haldun - İbni Haldun - Coğrafya Kaderdir Kitap genel olarak insanın yaşadığı toplumun ve doğanın onun hayatına, davranışlarına nasıl etki ettiğini açıkça vurguluyor. İbni Haldun, devletlerin kaderinin önceden belirlenmediğini, ancak coğrafi koşulların onları belli bir yöne yönlendirdiğini gösteriyor. Onun düşünceleri yalnızca geçmişi değil, bugünü anlamaya da yardımcı oluyor, çünkü bu ilkeler bugün de geçerliliğini koruyor. Benim dikkatimi çeken en önemli bölümler, bilim ve kültürün insan hayatındaki yerini açıklayan kısımlar oldu. Kitaptan bir alıntı: "İbni Haldun’a göre eğitim, insanın tek amacıdır. Çünkü insan kendini eğitimle geliştirir, eğitimle bakış açısını oluşturur ve eğitimle hakikati kavrar." Eğitimin toplumlar arasındaki farkı yaratan en temel kaynak olduğunu söyleyebilirim. Toplum, ancak doğru eğitim almış ve bilinçli bireyler sayesinde gelişebilir. Kitaptan bir diğer alıntı: "İyi eğitim alan insan önce çevresini, sonra da ülkesinin kaderini değiştirebilir." Bence burada öncelikle iyi eğitim alan insanın önce kendisini değiştirmesi gerektiği de vurgulanabilir. İnsan önce kendi değerlerini, bilimi, dünyayı ve evreni anlar, sonra da doğru anlayan bireyler çevresini aydınlatır. Kitaptan yapılan alıntıların sayısını artırarak eserin ne kadar muhteşem olduğunu kanıtlamak mümkündür. Sonuç olarak, herkesin okuması gereken eşsiz bir eser olduğunu söylemek istiyorum.
İbni Haldun - Coğrafya KaderdirMesud Topal · Destek Yayınları · 20212,738 okunma
9/10
·176 syf.··
2024 4. kitabı
·
6 günde okudu
·
Okunma: 19 Şubat 2024 17:52
F. Scott Fitzgerald Muhteşem Gatsby Genel olarak kitabın dili gerçekten ağırdı. Kitabı okurken bir olaydan diğerine ani bir geçiş oluyor ve bu bağlantıyı anlamak okuyucuya düşüyor. Kitap bitince ise ilk önce klasik bir aşk hikayesi olduğu akla geliyor. Geçmişte Gatsby ve Daisy birbirlerini severler ama daha sonra Gatsby savaşa gitmek zorunda kalır. Bu sırada Daisy, Tom'la evlenir ve hatta bir çocuğu olur. İşin kötüsü Tom Daisy'yi aldatır ama Daisy bunu bilir ve evliliğine devam eder. Gatsby daha sonra çok çalışır ve zengin bir adam olur. Keşke bunları Daisy (hak etmeyen biri) için değil de kendisi için yapsaydı, hayatını çöpe atmazdı. Kitapta olaylar Nick tarafından anlatılıyor. Yıllar sonra Gatsby ve Daisy yeniden buluşur, ne yazık ki Gatsby her şeyin eskisi gibi güzel olacağına inanmıştı . Ama sonu öyle olmadı, Gatsby bunları hak etmedi. Bir kez daha anladık ki, size ihanet eden yine yapar, huylu huyundan vazkeçmezmiş. İnsanların iyi gününüzde yanınızda olacak kadar nankör oldukları Gatsby'nin hayatı üzerinden çok iyi anlatılıyor. Gatsby'nin sonunda ölmemesini, hayatına mutlu bir şekilde devam etmesini isterdim . Ama belki de hikayeyi bu kadar etkili kılan onun ölümüydü. Başka bir evrende mutlu olmanı dilerim Gatsby
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202526,9bin okunma