Mən demək istəyirəm ki, dostlar da cürbəcür olur. Elə dostlar var ki, yaxşı günün dostudur, ancaq yaxşı günündə sənin böyründə hərlənir, üç qara qəpikdir qiyməti belə dostun. Elə dost var ki, yaman günün dostudur, bax belə dostu adam gərək çox yüksək qiymətləndirsin. Amma əgər həmin bu yaman günün dostu, ancaq yaman gündə sənin imdadına çatırsa, amma yaxşı günündə səndən gen gəzirsə, bu da məncə birtərəfli dostluqdur e. Adamın ürəyi darıxar bu cür dostluqdan, son otur gözlə ki, mənim pis günüm haçan gələcək, onda öz dostluğunu sübut elə... Yox, bu da yarımçıq dostluqdur bir növ. Amma bir başqa cür dostluq da var, məncə əsl dostluq da elə budur... Yaman günündə səni tək qoymaz belə dost, amma yaxşı günündə da yaxasın qırağa çəkməz. Sanin dərdivə də şərikdir, sevincinə də sevinir. Sənin sevincin onun sevincidir, onun sevinci sənin sevincindir.