aisel

aisel
@aisel12
Bir amaca bağlanmayan ruh,yolunu kaybeder; çünkü, her yerde olmak hiçbir yerde olmamaktır
English teacher
19 okur puanı
Temmuz 2020 tarihinde katıldı
Doğrudan da, insan çox vaxt əlində olan nemətlərə laqeyd, sahib olmadıqlarına qarşı həvəsli olur. Buna görə də arzuladığını əldə etdikdən sonra tezliklə ona qarşı biganələşir, marağını itirirsən. Yeni nemətlərə can atırsan. İnsan öz istəklərini idarə etməyi bacarmasa,bu təlaşla bir ömür narahatlıq içində yaşayacaq.
Yenicə gəlmiş mələkdən başqa yer üzündəki insanı göstərib soruşdu: -İndiyədək necə ömür sürüb? Yanında mələk cavabında nəsə izah etmək üçün Allahdan nida gəldi: - Neca yaşadığını soruşma! Necə yaşayacağını və sonunda dünyanı necə tərk etməsini soruşur.
Zamanı qabaqlamaq istəyən insan gələcəkdə yaşayır. Baş verməmiş pis hadisələrin sıxıntısı, iztirabı onu yaşamağa qoymur. Belə insan hələ dünyasını dəyişməmiş, sappasağ olan yaxınlarının ölümünü düşünməklə qəlbində indidən onlara yas tutub ağlayır. Həyat çox sadədir, onu biz insanlar qəlizləşdiririk. Həyat çox gözəldir, onu biz özümüz bədbəxtliyin qara rənginə boyayırıq. Ölməmiş insanı indidən dəfn etməzlər, Villi. Rahat yaşamaq üçün özümüzü baş verməyən hadisələrə görə möhnətə salmamalı, gələcəkdə deyil, indidə yaşamağa vərdiş etməliyik.
- Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də elə bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunmayıbmı, deməli, bütün bu dünyada tək-tənhasan.
Hamının yanında kimsə var. Sadəcə onu görmək lazımdır. Biz də kiminsə yanındayıq. Bəlkə elə yanında olduğumuz adam da eynən bizim kimi tənha hiss edir? Bu cür “mən təkəm" deyən insanların yanında da biz varıq. Hamı bizim kimi “mən təkəm" desə, elə hamımız tənhalığa məhkum olarıq.