aisel

aisel
@aisel12
Bir amaca bağlanmayan ruh,yolunu kaybeder; çünkü, her yerde olmak hiçbir yerde olmamaktır
- Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də elə bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunmayıbmı, deməli, bütün bu dünyada tək-tənhasan.
Etimoloji Defteri
Mücellit Nedir ?
Hamının yanında kimsə var. Sadəcə onu görmək lazımdır. Biz də kiminsə yanındayıq. Bəlkə elə yanında olduğumuz adam da eynən bizim kimi tənha hiss edir? Bu cür “mən təkəm" deyən insanların yanında da biz varıq. Hamı bizim kimi “mən təkəm" desə, elə hamımız tənhalığa məhkum olarıq.
Həyatı içindən seyr etdiyimizə görə baş verənlər bizim üçün mənasız, səbəbsiz və əlaqəsiz bir təsadüf kimi görsənir. Həyata kənardan, yüksəkdən baxa bilsək, yaradılışa hakim olan mükəmməl ahəngi, nizamı və mənanı görərik. Həmin anda daxildən bir səs bizim bu aləmdə tənha olmadığımızı, bütün baş verənlərin pərdəarxasında gözəgörünməz, qüdrətli bir “əlin" mövcudluğunu pıçıldayacaq. Bütün vücudunla hiss edəcəksən ki, təsadüf yoxdur, hər şeydə bir məna var, sən mühüm bir varlıqsan. Bütün bu həyat və yaradılış məhz sənin üçündür. Xoşbəxtlik məhz sənin üçündür. Və sən təbiətin acı və mənasız bir oyunu deyilsən.
Həyatda elə anlar, qarşılaşdığın elə hadisələr olur ki, onu tamamilə unutmaq, yaddaşından birdəfəlik silmək istəyirsən. Ancaq tərslikdən məhz onları heç bir zaman unuda bilmirsən.
Sən ölümdən qorxmursan? -Qorxsam da, qorxmasam da, gələcək. Elə isə ən doğrusu onu qorxmadan, gözünün içinə baxaraq qarşılamaqdır.