aisel

aisel
@aisel12
Bir amaca bağlanmayan ruh,yolunu kaybeder; çünkü, her yerde olmak hiçbir yerde olmamaktır
Biz inanırıq ki, yer üzərində baş verən bütün hadisələr, xəstəliklər, ölüm belə hikmətsiz deyil. Başımıza gələcək hadisələr hər birimiz üçün xüsusi olaraq seçilib. Bu zaman insanın bütün qabiliyyətləri, bacarığı, gücü, gələcəyi və əsas da hadisələrin insana faydası nəzərə alınır. Bütün bu işlər insanın maddi və mənəvi yüksəlişi üçündür. Bu ilahi təqdir insanın tərəqqisi üçündür, tənəzzülü və çətinliklər içində əziyyət çəkməsi üçün deyil. Buna görə də insan başına gələn işlərə, əlindən çıxan şeylərə görə üzülməməli, bəla və müsibətlər qarşısında ah-nalə etməməlidir.
Reklam
İnsan mənfiyə kökləndiyi zaman qəlbdə olan bütün gözəl hissləri susdurur. Ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Bu hisslərin təsiri ilə yanlış bir qərar verir və hər şey əlindən çıxana qədər bu qərar əsasında hərəkət etməyə başlayır. Onun bu vəziyyəti oyundan əl çəkə bilməyən qumarbazın işinə bənzəyir. Həyat adlı qumar oyununa sevdiklərini, istəklərini, hisslərini qoyur və uduzur. Bütün bunlar azmış kimi, sonunda da canını qoyur.
Bizim bütün fikirlərimiz, arzularımız necə də sadə və mənasızdır.Biz...biz insanlar da o ucuz fikirlərin müştərisiyik. Odur ki, həyatımız da elə o fikirlər kimi boş, mənasız və bəsit olur. Toxunduğumuz hər şeyi kor günə qoyuruq. Eynən fikirlərimiz kimi...
Bəzi vaxtlar tək qalmaq istəyirsən. İstəyirsən, yanında heç kim olmasın.Ancaq belə anlarda da beyninə çağrılmamış qonaq kimi daxil olan fikirlər buna imkan vermir.
Həyat üçün sənin kimliyin, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, "yaxşı insan" olduğun qətiyyən önəmli deyil.O, sənin nə etdiyinə baxır.
Reklam