Aysel

9/10
·304 syf.··
2025 13. kitabı
·
4 günde okudu
·
Okunma: 18 Nisan 2025 22:49
Strauss nəşriyyatı dilimizə gözəl əsərlər qazandırmağa davam edir. Bir oxucu olaraq daim müasir ədəbiyyatın klassika ilə müqayisəyə gəlməsə də, ən az modern-klassika qədər təsir gücünə malik olduğunu düşünmürdüm. Lakin son illərdə o qədər uğurlu əsərlər oxuyuram ki, bu düşüncədən tamamilə uzaqlaşmışam. Keçək əsərə; Möcüzə İrlandiyanın ucqar kəndlərindən birində yaşayan və qida qəbul etməkdən tamamilə imtina edən Annanın və onu müşahidə etmək üçün İngiltərədən kəndə təyin olunan tibb bacısı Elizabetin hekayəsindən bəhs edir. Müəllif Anna və ailəsinin timsalında cəhaləti, geriliyi, ətaləti təsvir edirsə, digər tərəfdən Elizabet və jurnalist Bern timsalında elmin, araşdırmağın gücünü ortaya qoyaraq əsər boyunca sorğuladır. Oxumanı ləzzətli edən şey isə, müəllifin bu tarazlıqda balansı pozmamasıdır, hər iki tərəf bir-birinin mənfi və müsbət tərəflərini yaşayıb yaşadaraq müdafiə edir əslində. Əsərin düyünlərinin yavaş-yavaş açılması, tək bir nöqtəyə bağlanmaması kitabdan asılı hala salır, bu da əsəri axıcı edir. Amma Annanın talehinin düyünü olan əsas məsələni oxuyarkən kitabı bağlayıb gözlərimi yumdum, bu həm məni sarsıtdı, həm də gözləmədiyim anda gəldi. Tək sevmədiyim nüans, epiloqun bir az uzun olmasını istəyərdim. Bunu da yazıçı öz təxəyyülümüzə buraxıb)
MöcüzəEmma Donoghue · Strauss Yayınları · 202273 okunma
Türkan Ahmadli isimli okura yanıt verildi
Aysel
bəli, tamamilə mütaliədən zövq aldım.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Xəyalların adamı
10/10
·680 syf.··
2021 45. kitabı
·
50 günde okudu
·
Okunma: 02 Haziran 2021 22:06
Ədəbiyyatı dəyərli edən kimsələr həyatda dəli kimi qəbul olunanlardır. Pessoa oxuduqdan sonra buna bir daha əmin oldum. Kitaba elə bir dövrdə başladım ki oxumağa, mənəvi olaraq çökmüş vəziyyətdəydim. Qəribədir, ilk dəfəydiki kimsə yox, məhz illər öncə həyatdan köçən Pessoa anlayırdı məni. Təzadlı fikirlər, xırda detallara qarşı həssaslıq, həyatın məna anlayışı son aylarda beynimi məşğul edərkən kitabda da eyni düşüncələri oxumağım özümü bir zərrə rahat hiss etməyimə səbəb oldu. Çünki başımıza gələn pis hadisələr və düzəlməyi zaman alan kədərli əhval-ruhiyyə çox vaxt bizə elə gəlir ki, heç kəsin başına gəlməyib. Sonra başqa birinin də buna yaşadığını görəndə həm mənəvi cəhətdən rahatlayırıq, həm də o insan bizim doğmamıza çevrilir. Pessoa mənim dövrümdə yaşamasa da, bir qələm adamı olaraq ilk sətirlərindən mənim doğma olmağı bacardı. Kitab nə romandır, nə fəlsəfi əsərdir, nə də başqa bir şey. Bu kitab sadə bir insanın həyata və özünə doğru ruhi səyahətidir. Kitabın yayımlanmasını görmək özünə qismət olmasa da, lap başdan sətirləri yazarkən özünün də qeyd etdiyi kimi, bir gün kitab şəklində yayımlanacağını və onu anlayacaq insanların mütləq olacağını bilirdi. Kiçicik abzasın məni düşündürməsinin üstündən uzun zaman keçmişdi. Pessoa ilə hər cümlənin qiymətini anladım. Ən azından bədənimdə və ruhumda baş verən prosessləri artıq yadsamıram. Bilirəm ki, dünyada mənim kimi insanlar da var, ən azından olub - Pessoa. Lakin bu kitabı da hər kəsin oxuya biləcəyini düşünmürəm, oxumaq üçün müəyyən ruh halı var ki, onu hiss etməsən, Pessoanın yazdıqlarını da tam olaraq anlaya bilmərsən. Mən də vəziyyətim düzəldikcə artıq sonlara doğru onu anlamaqda çətinlik çəkmədim desəm yalan olar. 2 ay oldu mənə yoldaşlıq edəli. Ayrılanda da yaxınımla vidalaşırmışcasına üzüldüm. Bir də kitab
1000Kitap
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 202514,6bin okunma
Ilkana Allahverdiyeva isimli okura yanıt verildi
Aysel
Dediyin vəziyyət sənə çıxılmaz görünürsə, başla