Aysel

10/10
·64 syf.··
2026 16. kitabı
·
7 saatte okudu
·
Okunma: 01 Haziran 2026 21:20
Ah Annie.. Nə yazım, necə yazım heç bilmirəm hisslərimi. Kiçicik bir kitabla məni yenə çox uzaqlara, unutmaqda olduğum uşaqlığıma, nənəmə, onun bir daha görməyəcəyim cənnət simasına və toxuna bilməyəcəyim isti əllərinə, qucağına apardın. Dünyanın bütün bu çirkli xaosunun içində mənə yenidən özümü hiss etdirdin. Qadın olmaq çətindir, düzdür, amma anasına, ana xəttinə bağlı bir qadın olmaq - bu bambaşqa hekayədir, hələ əgər o xəttin qırılması sənlə başlayırsa.
Bir KadınAnnie Ernaux · Can Yayınları · 20233,843 okunma
Reklam
7/10
·165 syf.··
2026 15. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Mayıs 2026 20:10
Ədəbiyyatımızda yaradıcılığı ilə yanaşı ictimai mövqeyi və xarakteri ilə də seçilən qadınlardan danışanda ilk ağla gələn adlardan biri şübhəsiz Xurşudbanu Natəvan olur. Onun həyatı və şəxsiyyəti Əzizə Cəfərzadə üçün də böyük maraq doğurub. Yazıçının Natəvan haqqında uzun müddət araşdırma aparması əsərdə aydın hiss olunur. Amma bu araşdırma oxucuya “sadəcə məlumat vermək” üçün yox, hekayənin ruhuna xidmət edən şəkildə təqdim edilir. Kitabı oxuyarkən təkcə bir tarixi şəxsiyyətin həyatına yox, bütöv bir dövrün ruhuna yaxınlaşırsan. Azərbaycan ədəbiyyatı oxumağın ən çox sevdiyim nüanslardan biri də budur, insanı köklərinə qaytarır. Uşaqlıq xatirələri, nənəmin danışdığı söhbətlər, el-obanın adətləri, o tanış hisslər yenidən canlanır.
Natəvan HekayələriƏzizə Cəfərzadə · Mimta Yayımları · 013 okunma
8/10
·104 syf.··
2026 10. kitabı
·
4 saatte okudu
·
Okunma: 08 Nisan 2026 19:24
Bəzi duyğuları anlamaq üçün onu sadəcə yaşamalı olursan, bəzilərini isə oxuduğun kitablarla yaşayırsan. 2 əlil övlada sahib olmağın ağırlığı, mümkün olmayanlar, olacaqmış kimi görünənlər, kaşkilər - minlərlə duyğunu bir araya toplayıb yaşadan həmişəki Jean - Louis Fournier səmimiyyəti.
Nereye Gidiyoruz Baba?Jean-Louis Fournier · Yapı Kredi Yayınları · 20255,1bin okunma
6/10
·152 syf.··
2026 9. kitabı
·
30 saatte okudu
·
Okunma: 07 Nisan 2026 21:19
Müəllif Sovetlərin qurulması ilə mühacirət edib və yaşadığı şəhərlərın insan faktorunu dərindən müşahidə edərək satirik şəkildə xatirələrində qeyd edib. Kitabda İstanbul və Praqanın insanları - xüsusilə mühacirətdə olanlar - haqqında yazıb, ümumi şəhər təsvirləri yoxdur. Olduqca rahat oxunan, bəzən təbəssüm etdirən, bəzən də insan xislətinin dəyişməməsinə heyfsləndirən kitabdır. Əgər satira versinizsə, bu kitabı da sevəcəksiniz.
Bir Safdilin Hatıra DefteriArkadi Averçenko · Türkiye İş Bankası Kültür Yayınları · 2018756 okunma
5/10
·304 syf.··
2026 8. kitabı
·
34 günde okudu
·
Okunma: 06 Nisan 2026 15:55
Niderland səfirliyinin maliyyə dəstəyi ilə Alatoran Nəşriyyatı tərəfindən 'Gizli yaralar' adıyla Azərbaycan dilində çap olunub. Müəllifin yazı üslubundanmı, yoxsa tərcümədəndimi bilmirəm, bəzi hissələrdə xarakterin daxili dünyası ilə əsərin dünyası çox qarışmışdı, təkrar-təkrar oxumalı olurdum. Baxmayaraq ki, axıcı əsər idi, gözlədiyim kuliminasiya nöqtəsinə gedib çıxmaq olmurdu. Bütün qəhrəmanların hekayəsində sanki nəsə deyiləcək, amma nə zaman və necə deyə düşünərkən kitab bitdi. Tərcümə ümumi qənaətbəxş idi, bəzi korrektor xətaları var idi.
A Crying ShameRenate Dorrestein · Black Swan · 20111 okunma
Reklam