İnsanlar əldə edilməsi çətin olan və ya mümkün olmayan şeylərin həsrətində daha çox olurlar. Bir şeyə nə qədər möhtac olduqlarını da yalnız onu əldən verdikdən sonra anlayırlar.
İnsan bəzən məsələlərə içdən deyil, kənardan baxır. Bəzən güzgüyə özümüzü görmək üçün baxırıq. Bəzənsə bir əşya kimi nəzər salırıq. Bu zaman özümüzü görmək əvəzinə, güzgünün ölçüsünü, formasını, üstündəki cızıqları, ləkələri görürük...
İndi ağrının nə olduğunu həqiqətən anlayırdım. Ağrı ayağını şüşə parçasının kəsməsi və əczaxanada tikiş qoyulması deyildi.Ağrı sancıdan ürəyin partlaması imiş.