Aytac

Aytac
APA/DİA~LLB
Baku
Baku
57 okur puanı
Nisan 2021 tarihinde katıldı
Puan vermedi·540 syf.·
2023 9. kitabı
"Kerri bacı" romanını Teador Drayzer yaradıcılığının şah əsəri adlandıra bilərik. Romanda həyatın dərinliklərinə varmamış, öz xəyal dünyasında kiçik ehtiyaclarının təmin edilməsindən hədsiz xoşbəxtlik duyan, pak ruhlu və bir o qədər gözəlliyinin fərqində olub bundan zövq alan gənc qız Kerrinin həyatı qələmə alınmışdır. Daim aşıb-daşan həyat sevgisi, kəşf etmək və yaşının ona təlqin etdiyi maddi nemətlərə çatmaq arzusu onun Çikaqoda qarşılaşdığı çətinliklərlə ziddiyyət təşkil edirdi. Belə ki, özünün verdiyi bütün qərarların doğruluğuna əmin olan bu gənc qız bir tərəfdən arzusunda olduğu həyata qovuşmaq həvəsi, digər tərəfdən hələ özünə belə doğru etiraf edə bilmədiyi duyğuların əsirinə çevrilərək həyat yolunda yeni cığırlar açmağa müvəffəq olur. Zaman və illər ərzində yaşadıqlarının ona öyrətdikləri Kerri üçün sonda əsl xoşbəxtliyin göstəricisi olur.
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014759 okunma
Reklam
Puan vermedi·448 syf.·
2022 8. kitabı
Əsər bu gün belə öz aktuallığını qoruyub saxlayan irqi ayrı-seçkilik probleminin insan talelərinə təsirindən bəhs edir. Yaradılışdan bərabər təbii hüquqlara malik olan insanların öz düzgün hesab etdikləri ayrı-seçkilik siyasətinin nəticələri bütün bunları qavramaqda çətinlik çəkən və üsyankar təbiətli azyaşlıları dərindən narahat edir. Əsərdəki bütün hadisələr azyaşlıların məxsus olduğu ailənin ətrafında cərəyan edir. İdeal vəkil obrazı olan Attikus təkcə buna görə yox, eyni zamanda yüksək insani dəyərləri ilə də diqqəti cəlb edir. Onun yüksək ədalət duyğusu və bunu bərpa etmək uğrunda apardıgı mübarizə sanki onun qaranlığı aydınladan bir işıq olduğunu təcəssüm etdirir. Özlərini "ədalət carçısı" hesab edənlərin əməllərində bunun öz təsdiqini tapmaması isə əsərdəki ironoyanın başlıca səbəbidir. Bütün bunların nəticəsi olaraq öz müqəddəs vəzifəsinə xidmət edə bilməyən bir "məhkəmə" sisteminin olduğu cəmiyyətin təsviri isə hadisələrə daha dərindən bələd olmağa imkan yaradır.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,6bin okunma
Puan vermedi·472 syf.·
2022 7. kitabı
Kitab düşüncələrim və hisslərimdə dərin izlər buraxdı deyə bilərəm. 1929-1933-cü illərdə baş vermiş "böyük iqtisadi böhran" dövrünün çətinlikləri bir ailənin timsalında təsvir olunur. Oklahomadan Kaliforniyaya böyük ümidlərlə yollanan ailə saysız-hesabsız çətinliklərlə üzləşir. Əsərdə ən çox diqqətimi cəlb edən məqamlardan biri isə qadın adlı bəşərin yüksək dəyərləndirilməsi və ona sanki ailəni bir arada saxlamaq qüdrətinə malik xilqət kimi yanaşılması oldu. İqtisadi çətinliklər bu ailəyə də təsirsiz ötüşmür, lakin onları bir arada saxlayan duyğular və dəyərlər var idi-qəzəb və həyat eşqi.
Hayat ve İnsan
Qəzəb SalxımlarıJohn Steinbeck · Qanun Nəşriyyatı · 201745,6bin okunma
Puan vermedi·184 syf.·
2022 6. kitabı
Romandan çıxardığım mühüm nəticə bu oldu ki, kütlə necə idarə edilməsindən asılı olmayaraq daim manipulyasiya ehtiyacı duyur. Çünki bu, insan xislətindən irəli gəlir: daim tabe olmalısan. İnqilabın mahiyyəti, səbəb və nəticələri əsərdə heyvanların timsalında təsvir olunur. İnqilabdan qalib çıxaraq azadlığa, rifaha can atan kütlə özü də bilmədən yeni "rəhbər"-ə tabe olur.
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0296,2bin okunma
Puan vermedi·464 syf.·
2021 29. kitabı
Kitabın ilk səhifələrini oxuyarkən dini mövzuda olduğunu düşünmək olar. Lakin diqqətli oxucu təsdiq edə bilər ki, mürəkkəb süjet xəttinə malik bu əsər heç də yalnız bu mövzunu əhatə etmir. Tərcüməçi, regent və bir çox obrazlarla qurbanlarının qarşısına çıxan Voland müəyyən zaman kəsiyində Moskvada baş verən qəribə hadisələrin baiskarına çevrilir. Üstəlik bu işlərdə ona Azazello, Korovyev-Faqot, Gella və "danışan pişik" begemot da kömək edir. Master və Marqarita isə qurbanlardan fərqli olaraq Voland sayəsində əbədi dünyanın səadətinə qovuşurlar. Əlavə olaraq, əsərdə İsa peyğəmbərin dövründə yaşamış prokurator Ponti Pilat və onun əmrilə edam edilən Qa-Nosri və onun vəfalı şagirdi olmuş Levi Matveyin də hekayəsindən bəhs olunur. Bəs bu iki əhvalat arasında əlaqə nədən ibarətdir? Volandın məqsədi nə idi və nələrə nail oldu? Master və Marqaritanın taleyinə bunlar necə təsir etdi? Qeyd etməliyəm ki, əsər uzun illər araşdırmaçıların marağına səbəb olmuş və müzakirə mövzusu olmuşdur. Lakin əsərin ideyası haqqında fikir müxtəlifliyi hələ də qalmaqdadır.
Master və MarqaritaMihail Bulgakov · “Əli və Nino” Nəşriyyatı · 201410,1bin okunma
Reklam