Məndə xoşbəxt olmağa bir ehtiras alovlanmışdı. Bu xoşbəxtliyi öz adı ilə
adlandırmağa məndə hələ cəsarət yox idi, amma mən xoşbəxt olmaq, doyunca xoşbəxt olmaq-
bax mən bunu istəyirdim, mənə əzab verən bu idi.
Öz hisslərimizi bir-birimizdən gizlətməyə bizi nə məcbur edir? Dünya bina olandan indiyə qədər
davam edib gələn bu ikiüzlülük insanları təngə gətirməmişdirmi?