c.akbarsoy

c.akbarsoy
@akbarsoy
Doğurdan da, çox faydalı olardı ki, bizim hər birimiz özümüzün indiki vəziyyətimizi bundan daha pis olan başqa bir vəziyyətlə müqayisə edək və yadımızda saxlayaq ki, tale hər dəqiqə öz gərdişini dəyişib əvvəllər nə qədər xoşbəxt olduğumuzu lap əyani surətdə bizə göstərə bilər.
Sayfa 50
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
İnsanlar günaha batmaqdan yox tövbə etməkdən utanırlar, gördükləri işlərdən və insanı ağılsız adlandırmağa haqq verən əməllərdən yox, bu işlərdən imtina edib özlərini düzəltməkdən utanırlar, halbuki özlərini islah edib düzəltdiklərinə görə onları ancaq ağıllı hesab etmək olar.
Sayfa 29
Bilirdi ki, işlər həmişə eyni qayda ilə gedib-nə çox yaxşı, nə də çox pis olub. Aclıq, məhrumiyyət, ümidsizlik daim bir-birini əvəzləyib. Bencamin deyir ki, bu, həyatın dəyişməz qanunudur.
Doğurdanmı, sən azadlığın belə ala-bəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?
Snouboll.
İnsanın vərdişlərinin hamısının mayasında pisliklər dayanır. Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif yaxud güclü, ağıllı yaxud səfeh olsaq da hamımız qardaşıq. Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.
Mayor.