İdrak üstün gələrək insanları ələ aldıqda onlar öz İlahi mahiyyətlərinin reallığı ilə rabitəni itirərək, kişi simasında olan Tanrı haqqında düşünməyə başladılar və cəmiyyət kişinin dominantlığı altına düşdü, qadına isə aşağı gözlə baxılmağa başlandı.
Bədəninlə döyüşmə, çünki bunu edərkən öz reallığına qarşı savaşmış olursan. Sən öz bədəninsən. Sənin gördüyün və toxuna bildiyin bədən sadəcə xəyali bir örtükdür. Onun arxasında görünməyən daxili bədən, Varlığın, Sirli Dünyanın qapısı var. Sən öz daxili bədənin vasitəsilə sirli vahid Həyata qırılmaz tellərlə bağlısan. Daxili bədənin vasitəsilə Tanrıyla əbədi birsən.
Odur ki, hərəkətinin nəticələrinə əhəmiyyət vermə, sadəcə gördüyün işə diqqət et. Nəticələr öz-özünə ortaya çıxacaq. Bu son dərəcə güclü mənəvi təcrübədir.