Kitabın mövzusu ümumi pis deyil, oxunaqlıdır, oxuduqca sıxılmadım. Ancaq müəllifin elmi araşdırmaları şərhləri ilə manipulyasiya etdiyi çox hiss olunur.
Kitab həm oxunaqlı, həm də maraqlı elmi araşdırmalarla zəngin idi. Oxumağınız məsləhətdir, xüsusilə mənim kimi qidalarla və yeməklə aranız heç yaxşı deyilsə :)
Kitab orta əsrlər Avropasında ortaya çıxmış “rəqs vəbası”nı ədəbiləşdirir. Kilsənin tənqidi, siyasətlə Kilsənin fərqləri (həmçinin, kitab dövlət siyasətinin təbliğatını da aparır müəyyən qədər) kimi vacib nöqtələri olsa da, əsərin ən diqqət çəkən təsviri, “rəqs edənlərin” ölməsindən sonra şəhərə gələn “canlılıq”dır. Oxumağınızı məsləhət görürəm.
Son zamanlarda oxuduğum ən yaxşı romanlardan biri. Remark siyasət, müharibə və mühacirətin ağırlığı və kədəri fonunda sevgini çox peşəkarcasına təsvir edib. Oxumağınız məsləhətdir.
Kissincerin “Diplomatiya” kitabından sonra oxuduğum başqa bir siyasi kitab. Müəllif kitabda demokratiyanın təməlləri, onun iqtisadi arxaplanı, həmçinin iqtisadiyyatla əlaqələri barədə geniş məlumatlar təqdim edir. Həmçinin azad bazar iqtisadiyyatı və liberal iqtisadi modellərin demokratik mühitlərdə işləmə prinsipləri barədə də detallı məlumatlar almaq mümkündür. Oxumağınız məsləhətdir.