Leyla kitabı, ön sözün oxuya bilmədiyim kitab. Bir qadının - Leylanın timsalında minlərlə qadının Bosniya müharibəsində yaşadığı ağrıları, sancıları və ən əsası yox oluşu qələmə alınıb. Leyla 16 yaşlı bir qızcığaz, hələ dünyanın nə olduğunu yeni-yeni dərk etməyə başladığı, buludların üzərindəki xəyal dünyası ilə yaşayərkən müharibənin əsl üzü ilə tanış olur. Kitabı oxuyarkən sarsılıb, qarabasma içərisində reallığın ağrılı tərəflərinə bələd olursan. Leylanın balaca bədənində onunla böyüyə bilməməyin nə demək olduğunu, çəkdiyi əzabları görüb, hiss edib amma heç vaxt özünü onun yerində təsəvvür edə bilməməyi dərk edirsən. Kitab həqiqətən çox dəyərlidi. Tarix kitabları sadəcə tarixlərdən ibarətdir amma insanların yaşadıqlarını, nalələri axı onları bizə vermir. Sakitçə pıçıldamır belə. "Qaçış intihar idi. Lakin yenə də bu ideya mənə ümid verdi." İntiharın belə ümid olduğunu düşünən Leyla əslində xəyal dünyası və optimistliyi ilə sağ qaldı. Bosniya müharibə dinin, irqin, millətin pislik və ya yaxşılıq etməklə heç bir əlaqəsi olmadığını açıqca ortaya qoyur. Fəridənin dediyi kimi bu dünyada sadəcə yaxşı və pis insan var. Hansı Fəridə ki,
nahar yeməyi zamanı atılan qumbara ilə on altı yaşlı bədəni parça-parça olmuşdu.