Havaya qaranlıq çökəndə,tək qalanda,səmadakı ulduzlara baxanda,ən çətin anlarında,yağış yağanda,həyatdan bezəndə,məni görmək istəyəndə...sadəcə gözlərini yum,xoş günlərimizi düşün...ilk tanışlığımızı xatırla...o zaman mən...o dəqiqə yanına gələcəyəm.Məni düşünən kimi yanında olacağam
Böyüdükcə ulduzlara az-az baxmağa başladım.Bir müddət sonra isə ulduzlara baxmağa utandım,bir gün başımı qaldıranda həmişə baxdığım ulduzu göydə görmədim.Çox pis oldum.Ondan sonra bir də heç vaxt ulduzları seyr etmədim...