Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə gəlir ki, xəstənin fiziki həyatından çox, mənəvi həyatı var. Onu möhkəm addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyallar aparır. Bu xəyallar, bəlkə də, sağlamlıq zamanında adamın başına yol tapmır. Həyatın keşməkeşləri onlara yol, imkan vermir. İndi isə əl-qolunu boş qoyub, yatağa uzanmış bədən tamamilə onların, qanadlı düşüncələrin ixtiyarındadır.
~Mir Cəlal