Azərbaycan Poeziyası

Seçmə Şeirlər

Əhməd Cavad
Tahmini Okuma Süresi:
9 sa. 31 dk.
Sayfa Sayısı:
336
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952384123
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi
İstiqlal şairi, dövlət himnimizin müəllifi, nakam taleli unudulmaz Əhməd Cavadın bu kitabına şairin qısa ömründə qələmə aldığı ən seçmə şeirləri toplanıb. "Qanun" nəşriyyatının yeni layihəsi "Azərbaycan poeziyası seçmə şeirlər" adlanır. Sizə təqdim etdiyimiz bu kitab oxucularımızın Əhməd Cavad yaradıcılığı ilə yaxından tanış olması üçün yeni fürsətdir.
Seçmə ŞeirlərƏhməd Cavad · Qanun Nəşriyyatı · 011 okunma
Reklam

Yazar Hakkında

Əhməd CavadYazar · 0 kitap
Əhməd Məhəmmədəli oğlu Axundzadə 1892 ci il mayın 5-də indiki Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Atası Məhəmmədəli axund olmuş və bu da balaca Əhmədin dini yaxşı bilməsinə səbəb olmuşdur. Atasını itirdikdən sonra anası Yaxşı xanımla birgə Gəncəyə gəlir və burada Gəncə Ruhani Seminariyaya daxil olmuşdur. Burada Osmanlıdan gəlmiş türk müəllimlərdən dərs almış, həmçinin Hüseyn Cavid, Abdullah Sur kimi müəllimlərdən dərs almışdır. 1912-ci ildə seminariyanı bitirərək müəyyən aralıqda müəllim kimi fəaliyyət göstərmişdir. Balkan savaşında Osmanlı dövlətinə yardım məqsədilə Batuma getmişdir. Burada tanınmış Acar bəylərindən olan Süleyman bəyin qızı Şükriyyə xanımla tanış olmuş və ailə qurmuşlar. Bu dönəm şeirləri içərisində ADR dönəmində yazılanlar xüsusi seçilir, həmçinin "Çırpınırdı Qara dəniz" şeirinin yaradıcılığında xüsusi yeri vardır. 1920-22-ci illərdə yenidən pedaqoji fəaliyyətə başlayır, daha sonra pedaqoji institutda təhsil alır, 1930-cu illərdə Yazıçılar Birliyinə üzv seçilir. 1934-cü ildə Azərnəşrə redaktor təyin olunur. Hələ 1920-ci illərdə "Göygöl" şeirinə görə həbs olunan Əhməd Cavad 1937-ci ilin 4 iyun tarixində həbs edilir və 13 oktyabr tarixində amansız işgəncələrə dözməyərək şəhid olub. 1956-cı ildə- ölümündən xeyli müddət sonra bəraət verilir.