Əhməd Cavadın ən məşhur əsərlərindən biri də “Səsli qız” poeması
Əsərdə qeyd olunan məsələlər vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrətdir.
Əsərdə yaddaqalan insan obrazları da yaradılı.Personajların iç dünyası qələmə alınıb. Oxuyucu əsərdə yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvür qazanır və diqqətini daha çox cəlb edir .
Ən çox diqqət çəkən obraz poemanın baş qəhrəmanı olan Saradır. O mərd, sədaqətli, vəfalı, vətənpərvər bir obrazdır.Saranın vətəni işğal edilir döyüşdə sevdiyini itirir. O, düşmənə yaltaqlanan həmyerliləri tərəfindən kef məclisinə gətirilir və qalib hökmdara “ölkəməzin ulduzu” adı ilə təqdim edilir. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı dərindən yaralayıb o qisas arzusundadır. Onu rəqs etməyə məcbur edirlər həm də mahnı oxumasını tapşırırlar.
Sara tapşırığı yerinə yetirir içindəki acını səsinə və mahnının sözlərinə yansıdır. Onun səsində “ölkədə qaynayan kin”, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət əksini tapır. Saranın qaniçən hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. Poema ideya-məzmunun cəhətdən çox zəngindir. vətənin düşmən hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması; ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması; “insanlığın əzilməsinin”, insanın qəddarlıqla məhv edilməsinin yolverilməzliyi əsərin ideyaları arasındadır.
Əhməd Məhəmmədəli oğlu Axundzadə 1892 ci il mayın 5-də indiki Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Atası Məhəmmədəli axund olmuş və bu da balaca Əhmədin dini yaxşı bilməsinə səbəb olmuşdur. Atasını itirdikdən sonra anası Yaxşı xanımla birgə Gəncəyə gəlir və burada Gəncə Ruhani Seminariyaya daxil olmuşdur. Burada Osmanlıdan gəlmiş türk müəllimlərdən dərs almış, həmçinin Hüseyn Cavid, Abdullah Sur kimi müəllimlərdən dərs almışdır. 1912-ci ildə seminariyanı bitirərək müəyyən aralıqda müəllim kimi fəaliyyət göstərmişdir. Balkan savaşında Osmanlı dövlətinə yardım məqsədilə Batuma getmişdir. Burada tanınmış Acar bəylərindən olan Süleyman bəyin qızı Şükriyyə xanımla tanış olmuş və ailə qurmuşlar.
Bu dönəm şeirləri içərisində ADR dönəmində yazılanlar xüsusi seçilir, həmçinin "Çırpınırdı Qara dəniz" şeirinin yaradıcılığında xüsusi yeri vardır.
1920-22-ci illərdə yenidən pedaqoji fəaliyyətə başlayır, daha sonra pedaqoji institutda təhsil alır, 1930-cu illərdə Yazıçılar Birliyinə üzv seçilir. 1934-cü ildə Azərnəşrə redaktor təyin olunur. Hələ 1920-ci illərdə "Göygöl" şeirinə görə həbs olunan Əhməd Cavad 1937-ci ilin 4 iyun tarixində həbs edilir və 13 oktyabr tarixində amansız işgəncələrə dözməyərək şəhid olub.
1956-cı ildə- ölümündən xeyli müddət sonra bəraət verilir.