Şeirlər

Şükriyyəm

Əhməd Cavad
Tahmini Okuma Süresi:
2 sa. 43 dk.
Sayfa Sayısı:
96
Basım Tarihi:
2025
Yayınevi:
Bakı, Xan Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
ISBN:
9789952557787
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yazar Hakkında

Əhməd CavadYazar · 0 kitap
Əhməd Məhəmmədəli oğlu Axundzadə 1892 ci il mayın 5-də indiki Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Atası Məhəmmədəli axund olmuş və bu da balaca Əhmədin dini yaxşı bilməsinə səbəb olmuşdur. Atasını itirdikdən sonra anası Yaxşı xanımla birgə Gəncəyə gəlir və burada Gəncə Ruhani Seminariyaya daxil olmuşdur. Burada Osmanlıdan gəlmiş türk müəllimlərdən dərs almış, həmçinin Hüseyn Cavid, Abdullah Sur kimi müəllimlərdən dərs almışdır. 1912-ci ildə seminariyanı bitirərək müəyyən aralıqda müəllim kimi fəaliyyət göstərmişdir. Balkan savaşında Osmanlı dövlətinə yardım məqsədilə Batuma getmişdir. Burada tanınmış Acar bəylərindən olan Süleyman bəyin qızı Şükriyyə xanımla tanış olmuş və ailə qurmuşlar. Bu dönəm şeirləri içərisində ADR dönəmində yazılanlar xüsusi seçilir, həmçinin "Çırpınırdı Qara dəniz" şeirinin yaradıcılığında xüsusi yeri vardır. 1920-22-ci illərdə yenidən pedaqoji fəaliyyətə başlayır, daha sonra pedaqoji institutda təhsil alır, 1930-cu illərdə Yazıçılar Birliyinə üzv seçilir. 1934-cü ildə Azərnəşrə redaktor təyin olunur. Hələ 1920-ci illərdə "Göygöl" şeirinə görə həbs olunan Əhməd Cavad 1937-ci ilin 4 iyun tarixində həbs edilir və 13 oktyabr tarixində amansız işgəncələrə dözməyərək şəhid olub. 1956-cı ildə- ölümündən xeyli müddət sonra bəraət verilir.