-Qulaq as, Roza, sən özün məhəbbət barədə nə düşünürsən? Mən gözlərimi ona dikib soruşdum. - Mənə elə gəlir ki, bu işlərdə sənin təcrübən az deyil.
Onun gülüşü qulaqlarımda əks-səda verdi:
-Bu barədə mən danışmasam yaxşıdır, - gülüb qurtarandan sonra sakitcə dedi.
- Məhəbbət ha... Ah mənim Arturum! Hər dəfə o əclafı xatırlayanda hiss eləyirəm ki, hələ də dizlərim əsir. Əgər ciddi bir şey eşitmək istəyirsənsə, Robbi, mən sənə onu deyə bilərəm ki,insan həyatı çox vaxt bir sevgiyə bağlanıb qalır. Sadəcə çox vaxt... Artur bunu mənə məndən ayrılmazdan bir qədər əvvəl dedi. Bax bu, həqiqətdir. Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... donub- qalır və nəyi gözlədiyinibdə bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir...
- Başa düşdüm, - astaca dedim. - Sevgisiz adam məzuniyyətə çıxmış ölü kimi bir şeydir.
Öz içinə çəkilərkən, qaranlıqda və öz təbiətinin xüsusi tərəflərinin fərqində olmadan yalnızlıq içindəykən müxtəlif formalı müqəddəsliyin qüdrətinin artıq daha çox fərqində idi və bu xəyal gücünün yaratdığı strukturların arasında sərbəst, tamamilə müstəqil şəkildə, iradəsinə boyun əymədən, yaşamda ölü və ölümdə canlı olaraq istədiyi kimi dolaşa bilirdi. Keçən saatların bütün narahatlıqları və qorxularının bədəndən çıxıb getməsinin verdiyi sükunətin sevinci içində dağılıb yox olurdu. Hər saat qaranlığın daha da dərinlərinə, yer üzünün daşlı və qara köklərinə doğru enirmiş kimi gəlirdi amma sanki yenə də özünü yeni bir yaşamın toxumuna hamiləymiş kimi hiss edirdi. Bəlkə də torpağı kor-koranə qazan soxulcanın yaşamı idi ya da bəlkə də gövdəsi ilə yuxarı doğru böyüməyə çalışan bir bitki idi və yaxud da soyuq, səssiz və öz varlığından tamamən xəbərsiz bir qaya idi.
O, on səkkizinci gecə özünü tamamilə düşüncəyə adamanın müqəddəs sirrinin dadını çıxartdı, fərdi iradəsindən qurtuldu və yaşamın məcburiyyətlərindən azad oldu.
Anna Andreyevna Axmatova
İnsan öləndə portretlərində
dəyişir şəkli.
Gözləri baxır tamam ayrı cür,
Dodağında gülüş tamam başqadır.
Bir şair dəfnində dönəndə evə,
Mən o gün bu işin fərqinə vardım.
Sonra neçə dəfə sınadım bunu,
Bu fikrim hər dəfə təsdiq olundu.
1940