Kitabda əsas obrazımız Jay Gatsby adlı varlı bir milyonerdir. Lakin onun istəyi illər əvvəl sevgili olduğu Daisy adlı qız ilə qovuşmaqdır. Çünki sahib olduğu heç nə onun ürəyindəki boşluğu doldura bilmir. Keçmişdə olduğu kimi yenə də Daisy ilə qarşılaşıb yenidən onunla münasibətə başlamaq, onun gözündə yüksəlsin deyə nələrə sahib olduğunu ona da göstərmək istəyir. Amma Daisy evlidir.
Qarşılaşdıqlarında belə heç nəyin əvvəlki kimi olmadığını və ola bilməyəcəyini zamanla acı bir şəkildə anlayır. Necə bir xəyal qırıqlığı yaşadığını isə təəssüf ki, başa düşə bilirəm.
"Neredeyse beş yıl! O öğleden sonra bile Daisy'nin onun düşlerinin yüceliğine erişemedeği anlar olmuştu mutlaka; bu da Daisy'nin hatası olmaktan çok Gatsby'nin yanılsamasının muazzam canlılığı yüzündendir."
Sevdiyimiz və buna layiq olmayan insanları bəzən gözümüzdə çox böyüdüb, bəlkə də, onları əslində olmadıqları biri kimi zənn edirik. Nəticədə də xəyal qırıqlığından qaçmaq mümkün olmur.
Bundan əlavə olaraq isə kitabda insanların necə nankor olduqlarını bir daha görmüş oluruq. Yaxşı günlərində ətrafında nə qədər insan olmasına baxmayaraq, pis gündə həmin insanlardan əsər əlamət
qalmadığının şahidi olduq. Düzdür, indiki zamanda yaxşı gün dostu da çox azdır. Bu da ayrı bir məsələ. :)
"Bir kimseye dostluğumuzu sağken göstermeyi öğrenelim, ölünce değil."