Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vüqar Mustafayev

Vüqar Mustafayev
@artchaoos
Cuanta menos gente, más libre soy.
12 okur puanı
Nisan 2024 tarihinde katıldı
Kədər
Bəzi anlar olur ki,kədər keçdiyin yolların üzərində sayısız tələlər qurur. Və sən çox gözəl bilirsən ki, o tələlərə bircə dəfə aldansan,yəni çətin vəziyyətə düşən zaman bircə dəfə ağlasan bunun sonunu gətirə bilməyəcəksən..Çünki kədər bəzən xoşbəxtlikdən çox daha güclü ola bilir..İnamsızlıq sığdırır içinə,xəstəlik sığdırır,ölüm sığdırır,təklik,yuxusuzluq,məğlubiyyət sığdırır..
Reklam
Vüqaridealogiyası - Özümü Tapdım
Üzüntüdən ağladığım gecələrdən biri idi bu da. Başımda tozlu qara kapşon.. əllərim cibimdə, payızın sarımtıl yarpaqlarının üstündə, ayaqlarımın altından çıxan xəzəlin xışıltısı.. hava dumanlı və çisginli... Heçnə eşitmirdim. Qəlbimin döyüntüsündən, ayaqlarımın altında əzilən yarpaqların səsindən savayı, heçnə eşitmirdim. Qoymuşdum hərşeyi
vuqaridealogiyasi
Düzgün izah etsəydim, bəlkə də başa düşülərdim. Amma məsələ bu deyildi. Danışıb ucuzlaşdırmaqdansa, içimdə yığılanları, anlatmadan başa düşülmək idi səssizliyimin dili ilə dediklərim. Mən susaraq demək istədim çox şeyi, amma başa düşən də olmadı səssizliyimin demək istədiklərini. Bir nəysə qoydum keçdim. Bəlkə də onların içimdə qalması daha yaxşı idi, indiyə qədər olduğu kimi. Zaman əlbət peşman edəcək kimlərisə, orası mütləqdir. Ya susduğum üçün məni, ya da səssizliyimə kar olan hər kəsi...