Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vüqar Mustafayev

Vüqar Mustafayev
@artchaoos
Cuanta menos gente, más libre soy.
12 okur puanı
Nisan 2024 tarihinde katıldı
432 syf.
·
Puan vermedi
·
4 günde okudu
İdeal evlilik? yoxsa mükəmməl yalan?
Bu kitabdan əvvəl yazıçının nəinki başqa kitablarını oxumaq heç tanımırdımda.. Kitabı təsadüf nəticəsində seçib araşdırdım. Həm çox tənqid həm də çox sevənlər var idi.. Məndə oxumasam olmaz dedim və hərhalda ki nisbətən peşman olmadım. Kitabın əvvəlləri sıxıcı gələ bilər. Ama kitabın irəliləyən səhifələrində kitabı əlindən qoymaq istəmirsən.. Psixologiyamı zorlayan bir kitab oldu.. Qadına qarşı psixoloji şiddətin pik həddini gördüm bəlkə də kitabda və bu mənim ən zəif nöktlərimdən biridir. Bəzən kitabı əlimdən qoyub 1-2 dəqiqə nəfəsimi darlayırdım, sonra davam edirdim. Jack Obrazına hər keçən səhifədə nifrət etdikcə.. Qreysin gücünə, ümidini heç vaxt itirməməsinə heyran qalırdım. Bacısı üçün bütün acılara dözəcəyindən xəbərdar olan Jack'ın iyrənc hərəkətləri qarşısında heç vaxt mübarizliyini itirməyən bir Qreys tanıdım. Sonu gözlənilməz oldu.. Ama daha yaxşı təsəvvür edirdim. Son olaraq kitabı oxumaq olarmı? Aha məncə gerilim sevənlər üçün əla seçim olar..
Bağlı Qapılar Arxasında
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018452 okunma
Reklam
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
SPOİ VAR!!!!
Çoxdandı Marc Levy qələmi ilə tanış olmaq istəyirdim. Və yazıçının ilk əsərini seçmək qərarına gəldim. Kitab haqqında nə yazsam düşünürəmki az qalacaq. Hətta kitabın hamısını, bütün alıntılarını bura köçürmək istəyirəm. Kitabın gedişatı çox axıcı idi əlimdən qoymaq istəmirdim. Bəzən Reallıqdan o qədər uzaqlaşıb,kitabın içinə o qədər hopurdum ki.. artıq neçə səhifə keçdiyinin fərqinə belə varmırdım. Kitabın bəzi qüsurları var ama bu texnikidir deyə kitabın məzmununa təsir etmir. Loren obrazının heç neyə toxuna bilməməsinə rəğmən bəzi səhnələrdə çox şeyə toxuna bilirdi.. Bu əslində insan olmağa yenidən yaxınlaşdığına bir işarə də ola bilərdi əslində.. Hərhalda ki kitab çox mükəmməl idi. Çox bəyəndim.. Əsasən də sonunda həm pis olub 3-4 səhifə sonra isə sevinc hissi bürüdü məni.. Lorenin yenidən həyata qayıtması.. Lakin Arthuru xatırlamaması və Arturun sonda Lorenində hər zaman ona dediyi kimi Lorenə "Siz özünüz də bilmirsiniz ki, dünyada bunu paylaşa biləcəyim yeganə insansınız." deməsi.. Marc Levy'nin oxuyacağım növbəti kitabı "Üfüqün əks tərəfi" olacaq. Ümid edirəm ki onu da məhz bu kitab qədər bəyənəcəm.
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0737 okunma
104 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Spoi var!!!
- Kitabın axıcılığına, obrazların keçirdiyi hissləri yansıtmasına söz belə deyə bilməyəcəm. Mükəmməl idi. Oğlan obrazına o qədər pis oldum ki, həm saflıqı həm təmizqəlblililiyi, və elə bir insanın qarşısına da Nastenka kimi bir çətin qadının çıxması.. Nastenka obrazını kitabdakı son səhnəyədək qınamırdım. Çünkü uşaqlıqdan nənəsinin dibindən ayırlmamış sevgiyə ac bir qız idi.. Və hiss etdiyi hər duyğunu əsl sevgi adlandırırdı. Son səhnədə oğlana o qədər ümid verib. Gələcək planları qurduqdan sonra.. 2 dəqiqənin içində oğlana unutduğuna inandırdığı sevgilisini görüb onun qollarına atlaması.. Bu yetmirmiş kimi sonradan oğlanı öz toylarına çağırması.. Məni həm sinirləndirdi həmdə sırf oğlanın keçirdiyi hisslərə görə də duyğulandırdı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,7bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
9/10 puan verdi
·
Beğendi
Kaş daha öncə oxusaydım.
Kitab haqqında qısacacı nə yazacağımı bilmirəm. O qədər bəyəndim ki kitabı.. axıcılığını,hər bölümdə keçirdiyim müxtəlif hissləri necə izah edəcəyimi bimirəm. Anne' obrazını kitabın ortalarında sevməsəm də.. Westry'ə olan dərin məhəbbəti və çəkdiyi acılar içimdə ona qarşı rəğbət oyatdı. Westry'nin illərcə adaya gəlib məktublar yazması..Anne'ni hələ də ilk gün olduğu kimi sevməsi... Kaş fərqli olardı. Kaş Parisdəki o xəstəxanada Anne daha ağıllı davranardı.. Kitabın sonlarında ağlamamaq üçün özümü tutsam da bacarmadım. Bütün hissləri yaşatdı mənə kitab.. Bu kitabı oxumağıma səbəb olan insanlara da təşəkkür edirəm.
Sahildeki Kulübe
Sahildeki KulübeSarah Jio · Pena Yayınları · 201718,2bin okunma
210 syf.
10/10 puan verdi
·
Beğendi
Fugui
Oxuduğum ən gözəl kitablar sırasında sözsüz ki ilk onluqa qoyduğum bir kitabdır. Kitabın əvvəllərində Fugui obrazına nə qədər nifrət etsəm də, sonra həyatta qalma mübarizəsi, hərşeyə rəğmən güclü qala bilməsi.. Tək istəyi sadəcə ailəsi qarınladı tox və üzləri təbəssümlə dolu yatsınlar. Həyat çox ağır sınaqlara çəkirdi Fugui'ni və eynən sınaq yox sınaqlara.. Həyatın onunla bir problemi vardı sanki.. Sanki həyatın sevgilisi var və o həyatı Fugui ilə aldadır. Həyat da Fugui'nin xoşbəxt olmaması üçün əlindən gələni edir. Kitabı oxuyanlara "Metin kemal Kahraman - Ferfecir" musiqisini tövsiyyə edirəm. Musiqiylə kitab oxumaqı sevməyənlər belə məncə bu kitabla o musiqinin uyumunu çox sevəcəklər.
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201633,9bin okunma