Yalnız bircə elə günəş şüasının, qalın bir meşənin tənha bir yerində çıxan üç il bundan qabaq gördükləri soyuq bir bulağın bu səfillər üçün nə böyük əhəmiyyəti ola bilərmiş !
Dünyada doğruluqdan çətin, yaltaqlıqdan asan şey yoxdur. Əgər doğruluqda zərrə qədər yalan olsa - o saat nəzərə çarpır, sonra da biabırçılıq olur; lakin - yaltaqlığın lap hamısı yalan da olsa - yenə də adamın xoşuna gəlir, onu məmnuniyyətlə qəbul edirlər.
-Mən onda bir şeyi bildim: hakimiyyət ancaq o adamın əlinə keçir ki, o cəsarət edib əyilir və onu götürə bilir. Burada ancaq bir şey var, bircə şey var: gərək ancaq cəsarət edəsən !
Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar. Mənə elə gəlir ki, əsl böyük insanlar bu dünyada böyük kədər duymalıdırlar.