-Soyuq, qaranlıq, rütubətli payız axşamlarında bir adamın şarmankaya həmahəng olub oxumasından mənim xoşum gəlir, özü də mütləq rütubətli payız axşamında, o zaman ki, yoldan keçən adamların üzündə solğun, əzablı, xəstə bir ifadə olur; ya da ki, lap sakit, küləksiz havada sulu qar yağır, qaz fənərləri də bu yağan qar içərisində parıldayır…bunu görmüsünüzmü ?
-Sizin küçə nəğməsindən xoşunuz gəlirmi ?-O adam qəribə bir nəzərlə və təəccüblə Raskolnikova baxdı. Raskolnikov:- Mənim musiqidən xoşum gəlir - deyərək sözünə davam etdi;
Həmişə bu gözəl mənzərədən izah edilməyən bir soyuqluq duyardı; bu dəbdəbəli mənzərə onun üçün həm lal, həm də kar olan bir ruh ilə dolu idi… Aldığı bu kədərli və əsrarəngiz təəssürata o hər dəfə heyrət edər, onun həllini- özünə arxayın olmadığından- sonraya qoyardı.
Sən necə bilirsən: xırdaca bir cinayəti minlərcə yaxşı iş yuyub aparmazmı ? Bir həyatın əvəzinə çürüməkdən, dağılmaqdan xilas edilmiş minlərcə həyat. Bir ölən, onun əvəzində yüzlərcə diri qalan insan ! - Bu ki adi bir hesabdır !
Bəzən o yaşıllıq içində olan bir yaylaq evinin qabağında dayanır, onun hasarından içəri baxır, eyvanda və talvarda olan geyimli-keçimli qadınlara, bağda qaçışan uşaqlara tamaşa edirdi. Xüsusilə çiçəklər onun diqqətini cəlb edirdi; ən çox çiçəklərə baxırdı.