Sən necə bilirsən: xırdaca bir cinayəti minlərcə yaxşı iş yuyub aparmazmı ? Bir həyatın əvəzinə çürüməkdən, dağılmaqdan xilas edilmiş minlərcə həyat. Bir ölən, onun əvəzində yüzlərcə diri qalan insan ! - Bu ki adi bir hesabdır !
Bəzən o yaşıllıq içində olan bir yaylaq evinin qabağında dayanır, onun hasarından içəri baxır, eyvanda və talvarda olan geyimli-keçimli qadınlara, bağda qaçışan uşaqlara tamaşa edirdi. Xüsusilə çiçəklər onun diqqətini cəlb edirdi; ən çox çiçəklərə baxırdı.
- Əgər mən səhv edirəmsə, əgər doğurdan da, ümumiyyətlə, bütün bəni-adəm, yəni insan övladı alçaq deyilsə, deməli, onda yerdə qalan hər şey mövhumatdır, yalnız qorxudur, heç bir hüdud-filan yoxdur və elə belə də olmalıdır !
- Əgər getməyə ayrı adam yoxsa, ayrı yer yoxsa, onda necə olsun ? Axı hər bir adam heç olmasa gərək bir yerə gedə bilsin. Bəli, elə vaxt olur ki, adam mütləq gərək bir yerə getsin- hara olur olsun !
Elə təsadüflər olur ki, görürsən, heç tanış olmadığımız bir adamla, heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, birdən maraqlanmağa başlayırıq. Raskolnikovdan bir az kənarda oturan və qulluqdan çıxmış məmura oxşayan adam ona belə təsir bağışladı.