Mark Twen yaradıcılığının ən çox fəlsəfi ağırlığa sahib olan əsəri olan "İnsan nədir?" müəllifin uzun illər ərzində yayımlamaqda tərəddüd etdiyi, sonda isə öz "Əfəndisinin" əmri ilə yayımladığı kitab olub, insanın əslində heç də ali varlıq olmadığını, bütün düşüncələri və xüsusiyyətlərinin özündən asılı olmadan ətraf təsirlərdən qazanıldığını müdafiə edən yaşlı bir adamla, bu fikirləri birmənalı qarşılamayan bir gəncin dialoqunu özündə əks etdirir. Əsərin dialoq formasında olması bizə tərəflərin verdiyi cavablara öz bucağımızdan baxmağımıza və bir növ dialoqa daxil olmağımıza şərait yaradır.