Nəhayət bu əsəri bitirdim. Uzun müddət yol yoldaşım oldu... Bəzən dəhşətə düşürdü, bəzən göz yaşına boğdu, sarsıtdı, bəzən də ədalətsizliyə qarşı içimdə dəhşətli üsyan etmə arzusu qopartdı. Əsərlə birlikdə mən də bitdim sanki. O qədər ağır abu - havası var idi ki, oxuduqlarımı təsəvvür etməkdə belə çətinlik çəkdim. Sovet imperiyasının caynağında 71 ilə yaxın bir müddətdə yaşayan, əzilən, tarixi, dili unutdurulmağa, yox edilməyə çalışılan, neçə-neçə dəyərli, vətənpərvər, işıqlı şəxsiyyətləri məhv edilməyə, Vətən xaini adı altında məhkum olub sürgün həyatı yaşamağa məcbur edilən bir xalq kimi burda yazılanları oxumaq çox ağır gəldi, çox təəssüfləndirdi. İnsanın insanlıqdan çıxmasını, hansı səviyyəyə qədər qəddarlaşa, barbarlaşa biləcəyinin real tarixidi bu əsər. Hər kəliməsi, hər cümləsi hərfiyyən doğrudur! İdeal bir quruluş quracağını sanan, bu yolda bütün səmimiyyətilə mübarizə aparanlar ilk qurbanı oldu uğruna mübarizə apardıqları bu saxta quruluşun. Oxuduqlarımı beynim, ağlım, qəlbim, ruhum anlamaqda, qavramaqda çətinlik çəkərkən, bütün bu dəhşətləri, vəhşətləri real olaraq yaşayan insanlar necə psixloji, mənəvi, fiziki zərbələr alıblar, görəsən?! Necə dözə biliblər bunca təhqirlərə, alçaldılmalara, ağrılara, əzablara, işgəncələrə?! İnsanlıq tarixində insanın öz soy-kökünə genosidin ən bariz nümunəsi idi bu quruluş.
Əsərin müəllifi Aleksandr Soljenitsındır. Müəllif 1941.ci ildə II Dünya Müharibəsinə qatılır. 1945.ci ildə Stalinə sui-qəsddə günahlandırılaraq həbs olunur və kapitan rütbəsindən məhrum olunur. Əvvəlcə, Moskva, sonra ixtisaslaşmış Marfino həbsxanasında dustaq edilir. Daha sonra isə Qazaxıstanın siyasi dustaqlar üçün nəzərdə tutulmuş həbs düşərgəsinə göndərilir. Burada mədəsində xərçəng aşkar edilir. 1953.cü il həbsdən azad olduqdan sonra müalicə alaraq