Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aslanlı Zöhrə

Aslanlı Zöhrə
@aslanliiiii
Doğmalıq olmur hər adamla
472 syf.
4/10 puan verdi
·
29 saatte okudu
Normalda Wattpad kitablarını ağır romanlarla paralel olaraq oxuyuram, çərəzlik misali. Ancaq bu kitabda mənə ən çox təsir edən nə oldu bilirsiniz? Kitabda baş verənlər mənim normal həyatda yaşadıqlarımdan çox az fərqlənir. Uzaq məsafə münasibəti.. kitabın mövzusu bunun üzərinə qurulub. Ayrı ölkələrdə yaşayan iki gəncin sevgisindən bəhs edilir. Məsafələrə rəğmən sevgisindən. Bir-birlərini görmədən, duymadan, toxunmadan sevməklərindən bəhs edilir. Ərgəncə yanaşmalar çoxdu kitabda. 17-19 yaş aralığında hansı gənc oxusa, çox təsirlənər, ancaq mənə bəsit gəlirdi bəzi reaksiyalar. Ancaq bütün bu dediklərimə rəğmən çox bəyəndim, süjet xətti həqiqətən çox gözəl idi, oxuyarkən elə bilirdim ki, öz həyatımı oxuyuram
3391 Kilometre
3391 KilometreBeyza Alkoç · İndigo Kitap · 201817,4bin okunma
Reklam
584 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Heç bir iz buraxmadan işini bitirsən belə, öldürdürdüyün pis insan olsa belə, vicdan məhkəməsindən canını qurtara bilərsənmi? Heç bir şey olmamış kimi həyatına davam edə bilərsənmi? Raskolnikov öldürdü. İz buraxmadı. Ancaq həyatına olduğu kimi davam edə bilmədi. İztirablara düçar oldu. Tab gətirmədi. Psixoloji vəziyyəti gündən günə pisləşdi. Nə yaşaya bildi, nə də özünü öldürə. Sonda dözməyərək təslim oldu. "İnsana ən böyük mükafatı da vicdanı verir, ən böyük cəzanı da." "Cinayət və cəza" romanı F.Dostoyevskinin çox yaxşı tanıdığı cəmiyyətin bitkin psixoloji portretidir. Yazıçı əsərdə günah və cəzaya dini-fəlsəfi məna vermişdir. "Dünyada hüquqi cəzadan da ağır cəza var ki, bu da mənəvi işgəncələrdir"- bu cümlə romanı tamamilə əhatə edir, romanın əsas məğzi, fəlsəfi yükü bu cümlədir.
Seçilmiş Əsərləri 1. Cild: Cinayət və Cəza
Seçilmiş Əsərləri 1. Cild: Cinayət və CəzaFyodor Dostoyevski · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2009159,5bin okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
13 yaşımdan etibarən kitab oxumağa başlamışam, ancaq ki bu 10 il ərzində bu qədər iztirab içində qıvranaraq oxuduğum başqa bir kitab olmamışdı. Romanda iki bacının həyat hekayəsi nəql edilib. Ataları tərəfindən 14 yaşında ikən satılması, xəbərləri olmadığı halda evləndirilmələri, xəbərsiz şəkildə tətil adı ilə Yəmənə gətirilmələri, gəldikdən sonra evləndiklərini, atalarının onları pul qarşılığında evləndirildiklərini öyrənmələri qələmə alınıb. Əsəri oxuduqdan sonra anladım ki, qadınlar nəinki öz ölkəmdə, dünyanın hər yerində əzab çəkirlər, heç bir söz haqqı tanımırlar.
Annemi Bir Kez Daha Görebilsem
Annemi Bir Kez Daha GörebilsemZana Muhsen · Sonsuz Kitap · 20192,454 okunma