yupiter

yupiter
@asmshukurova
xoşuma gələn sətirləri paylaşıram. boxd.it/igbTh
Reklam
İnsanın ən böyük peşmanlığı gerçəkləşdirə bilmədiyi potensiyalıdır.
Bacarsaydım qurudardım, Dünyanın dənizlərini, Xəzər yudu bu gün, gülüm, Sahildəki izlərini. O balaca ləpirləri Çoxmu gördü dünya mənə, Gözmü dəydi izlərinə? Yerə vurdun sözlərimi, Dindi yerin sarı simi... Eşitmişəm yol üstəsən, Yaz, göndərim gözlərimi, Harda ağlamaq istəsən. Vaqif Səmədoğlu
Həyatda etdiklərimiz əbədiyyətdə əks-səda verir. Gladiator filmi
Bəxtiyar Vahabzadə - Təklik Xəyal gah dağdadır, gah da aranda, Gah göyə yüksəlir, gah enir insan. Otaqda bir saat tək oturanda, Yüz ilin dərdiylə yüklənir insan. Elə bil divarlar gəlir üstünə, Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən öz tüstünə, Nidalar gözündə suala dönür. İnsanı tez yorar düşüncələr də, Verib nəfəsini dərd udar insan. Özündən başqası olmayan yerdə, İnsan olduğunu unudar insan... Bir günəş bəs edər, pərişan olma, Sənin yüz Kür qədər göz yaşın olsa. Min dərd hücum etsə, könül, sıxılma, Bir nəfər dərd bilən sirdaşın olsa. Dünyaya gəlmədik biz əbəs yerə, İnsanıq, insan da bizə gərəkdir. Bağatək qınına çəkilənlərə Ürək nə gərəkdir, dil nə gərəkdir. Çay çaya qovuşmaz sular daşmasa, Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa
Reklam