No one can change the past. The only thing we can do is strive to make up for our mistakes.Because in so doing..we can find the way back to our path. And once we have found our path, we can move on from our past mistakes toward a brighter future.
Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinfini başa vura bilməyəcəyəm, ancaq başa vurdum...Sonra fikirləşirdim ki, gimnaziyanın birinci sinfində kəsiləcəyəm, ancaq kəsilmədim və beləcə irəlilədim... Lakin bunların heç biri gələcəyə inamımı artıra bilmədi, əksinə, bir daha əmin oldum ki, işlərim nə qədər yaxşı alınsa, son nəticəsi bir o qədər pis olacaq.
Sənin xoşuna gəlməyən bir işə başlayanda,məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş sonralar alınmırdı. Beləliklə də özüm öz işimə inamımı itirirdim, tərəddüd edirdim, ümidsizliyə qapılırdım. Mən yaşa dolduqca, heç nəyə yaramadığımı sübut edən dəlillərin sayı çoxalırdı.