Aydan Karimli

Aydan Karimli
No one can change the past. The only thing we can do is strive to make up for our mistakes.Because in so doing..we can find the way back to our path. And once we have found our path, we can move on from our past mistakes toward a brighter future.
Puan vermedi·304 syf.··
2024 13. kitabı
·
14 günde okudu
·
Okunma: 18 Mayıs 2024 12:53
Bu Albert Kamyudan oxuduğum artıq üçüncü əsərdir. Kitab boyunca yazıçı balaca Oran adlanan şəhərdə taun epidimiyasının yaratdığı fəsadlardan bəhs edir, xəstəlik eyni olmasa da, epidemiya və təsvir edilən hislər, düşüncələr hər birimizə tanışdır. Müəllif/Ryö taunu bir növ bəlanın, böhranın simvolu kimi təsvir edir. Onun fikrincə "Bəlanı insan təyin etmir və adam fikirləşir ki,o, mücərrəd varlıqdır, qorxulu yuxu kimidir və keçib gedəcək. Lakin o həmişə keçib getmir, qorxulu yuxular kimi bir-birini əvəz edir və keçib gedən adamlar olur." Bundan əlavə, əsəri oxuduqca, insanların epidemiya ilə bağlı həmfikir olmadıqları kimi, üzləşdikləri vəziyyət ilə mübarizələri də müxtəlif olduğu bir daha aydınlaşır. Həkim Ryö, Taru, Qran kimi əsərin qəhrəmanları təsvir olunan "bəla" ilə mübarizədə əsas iştirakçılardandırlar, Kotar obrazı isə böhran zamanı insan xarakterinin üzə çıxan qaranlıq tərəfini təmsil edir. Taun ilə mübarizə aparmaq üçün yorulmadan çalışan digərlərindən fərqli olaraq, Kotar xaosda inkişaf edir, qara bazar fəaliyyətləri ilə məşğul olur və epidemiyanın fəsadları azaldıqca dəliliyə düçar olur. Hər bir obrazın təsviri epidemiyanın və bunun təsvirində çətinliklərin, şərin, böhranın insanların həm ən yaxşısını, həm də ən pisini necə ortaya çıxara biləcəyinə dair fərqli bir perspektiv təqdim edir və “Taun”nun zəmnində insan vəziyyətini, iztirablarını, sevincini, daxili aləmini dərindən əks etdirir.
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201624,5bin okunma
Reklam
Puan vermedi·296 syf.··
2023 33. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Kasım 2023 14:25
Kitab hamının sevimlisi məşhur detektiv obrazı olan Şerlok Holmsun və onun sadiq dostu doktor Vatsonun macəralarından bəhs edən qısa hekayələrdən ibarətdir. Tor körpüsünün sirri sadəcə hekayələr toplusunun hissələrindən biridir. Bu hekayələrin qatillərinin bəziləri adət halını almış və hamımıza tanış olan formulaya uyğun olsa da, bəziləri bu formuladan kənara çıxır, belə ki müqəssirlərdən bəziləri təbiət hadisələri və canlılar, yaxud elə qurbanın özüdür. Hekayələr boyunca vəziyyət nə qədər mürəkkəb və ya təhlükəli olsa da, qəhrəmanlarımız birlikdə problemin öhdəsindən gəlirlər.
Sherlock Holmes
Tor Körpüsünün SirriArthur Conan Doyle · Qanun Neşriyat · 2025657 okunma
Puan vermedi·210 syf.··
2023 18. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Temmuz 2023 23:46
Yu huanın "Yaşamaq" adlı bu əsəri sadə və oxunar, amma kifayət qədər təsirli bir dillə yazılıb. Əsər boyunca həyatın hər cür keşməşli yollarından keçən qoca Fugui öz həyat hekayəsini danışır. Bilmirəm nədəndir, amma sona yaxın əsəri oxumaqda çətinlik çəkdim. Bəzilərimiz həyatda hər hansı bir uğursuzluqlarla və ya digər çətinliklərlə üzləşdikdə onlara qarşı aciz hiss edirdik, yaxınımızı itirdikdə sarsılırıq və sadəcə davam etmək istəmirik. Elə buna görə Fuguinin həyat hekayəsini dinlədikcə təəccüblənməmək olmur. Axı necə bu insan qarşılaşdığı bütün uğursuzluqlardan, həyatda ona dəyərli olan hər kəsi bir-bir itirdikdən sonra necə belə yaşamağa davam edir? Bundan əlavə, Yu Hua Fuguinin sadəcə həyat hekayəsinin ifadəsi ilə kifayətlənmir, belə ki yazıçı o dövrdə Çinin daha geniş ictimai-siyasi mənzərəsini şərh etmək üçün onun həyat hekayəsindən istifadə edir. Belə ki müəllif kommunist rejiminin qüsurlarını və çatışmazlıqlarını ifşa edir, siyasi təlatümlərin və sosial dəyişikliklərin insan həyatına təsirini təsvir edir.
Hayat ve İnsan
YaşamakYu Hua · Jaguar Kitap · 202670,1bin okunma
10/10
·344 syf.··
Beğendi
·
2022 13. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Aralık 2022 10:17
Kitab haqqında oxumadan öncə çox təriflər eşitmişdim. Maraqlıdır ki, yazıçı əslən yazdığı bu əsərlə hələ SSRİ dövründə neçə oxucunun qəlbini fəth edib və best sellerə çevrilib. Ona görə də sınamağı qərara almışdım. Oxuduqdan sonra niyə görə belə olduğunu anlamaq çətin deyil. Görünür, tarixi bədii ədəbiyyatı oxuduqca sevməyə başlayıram açığı. Amma sırf tarix üçün oxunacaq bir ədəbiyyat deyil məncə, tarixi hadisələr daha çox idealist formada yazılıb :) Ümümiyyətlə , nadir kitablar var ki, onları oxuyanda nə işin varsa atırsan və həmin kitabı oxumağa çalışırsan. Bu kitab da mənim üçün belə idi. Əsər boyu Arturun keşməkeşli həyatına qarşı laqeyd durmaq çətindir. Oxuduqca təsirlənməmək mümkün deyil.
İnceleme
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20122,312 okunma