No one can change the past. The only thing we can do is strive to make up for our mistakes.Because in so doing..we can find the way back to our path. And once we have found our path, we can move on from our past mistakes toward a brighter future.
Kitab haqqında oxumadan öncə çox təriflər eşitmişdim. Maraqlıdır ki, yazıçı əslən yazdığı bu əsərlə hələ SSRİ dövründə neçə oxucunun qəlbini fəth edib və best sellerə çevrilib. Ona görə də sınamağı qərara almışdım. Oxuduqdan sonra niyə görə belə olduğunu anlamaq çətin deyil. Görünür, tarixi bədii ədəbiyyatı oxuduqca sevməyə başlayıram açığı. Amma sırf tarix üçün oxunacaq bir ədəbiyyat deyil məncə, tarixi hadisələr daha çox idealist formada yazılıb :)
Ümümiyyətlə , nadir kitablar var ki, onları oxuyanda nə işin varsa atırsan və həmin kitabı oxumağa çalışırsan. Bu kitab da mənim üçün belə idi. Əsər boyu Arturun keşməkeşli həyatına qarşı laqeyd durmaq çətindir. Oxuduqca təsirlənməmək mümkün deyil.
«Keçmiş — ölümündür, gələcək – sənin!» Nə qədər ki, gələcək sizindir – ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün.