ayl

Puan vermedi·104 syf.··
2025 9. kitabı
·
24 saatte okudu
·
Okunma: 24 Haziran 2025 00:26
“Uçurtmayı Vurmasınlar” – Feride Çiçekоğlu Bu gün bu kiçik ölculu, amma ürəyi çox böyük olan romanı oxudum. Səhifələri az olsa da, hiss etdirdikləri o qədər dərindi ki… Bir uşağın dili ilə yazılması məni çox təsirləndirdi. Oxuduqca ürəyim neçə dəfə sıxıldı, neçə yerdə dayandım, düşündüm, kövrəldim… Həyatı bir uşağın gözü ilə görmək… Günahsızlığın, anlamadığı ədalətsizliyin, səssiz müşahidə etdiyi ağrıların içindən baxmaq… Bəzi cümlələr ürəyimin dərinliklərinə toxundu. “Həmişə uşaqlara düşür anaları anlamaq, İnci?” Bu sual ürəyimdə düyün saldı. Sadə, amma sarsıdıcı bir üslubu var idi. Mükəmməl idi.
Uçurtmayı VurmasınlarFeride Çiçekoğlu · Can Yayınları · 202417,3bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!

ayl

, bir kitap okudu
Puan vermedi·104 syf.··
24 saatte okudu
·
2025 9. kitabı
Feride Çiçekoğlu
8.5/10 · 17,3bin okunma
Puan vermedi·368 syf.··
2025 8. kitabı
Matt Haig – “İmkansız Hayat” Bu gün Matt Haig-in İmkansız Hayat romanını oxuyub bitirdim. Hər nə qədər müəllifin digər kitabları — xüsusilə Gece Yarısı Kütüphanesi və İnsanlar — məni daha dərindən sarsıtmış, daha güclü dalğalanmalar yaratmış olsa da, İmkansız Hayat da dəyərli və düşündürücü bir əsər idi. Kitabın ən güclü tərəfi “anda qala bilmə”, “həyatın yalnız bu anından həzz ala bilmə” kimi anlayışlara etdiyi vurğudur. Neçə yaşında olmağından asılı olmayaraq, keçmişin acıları və ya gələcəyin qeyri-müəyyənlikləri nə qədər böyük olsa da, həyata sıx-sıx bağlana biləcəyini göstərir. Oxuyarkən diqqətimi çəkən ən əsas hissə günahkarlıq hissi ilə həyatını əldən verən bir ananın hekayəsi idi. Oğlunu qoruya bilmədiyi üçün özünü bağışlaya bilməyən və bu günahkarlığın ağırlığını illərlə daşıyan bir qadın… Ta ki, bu yük ilə üzləşib özünü bağışlayana qədər. Bu dəyişiklik insanın özünü yenidən həyatın bir hissəsi kimi görə bilməsi baxımından çox güclü təsvir olunub deyə düşünürəm. Bəli, bu duyğunu biz hamımız zaman-zaman yaşayırıq: bir şəkildə nəyisə əskik etmiş, səhv etmiş və ya kimisə qoruya bilməmiş olmağın ağırlığı ilə yalnız “günahımıza”, səhvimizə fokuslanırıq. O an həyatdakı digər hər şey zehnimizdən silinir. Hər zaman etdiyi kimi, Matt Haig bu kitabda da real hadisələrə bir fantaziya toxunuşu qatıb. Mən bu üslubu ona çox yaraşdırıram.
Hayat İmkânsızMatt Haig · Domingo Yayınevi · 20245,9bin okunma