“Uçurtmayı Vurmasınlar” – Feride Çiçekоğlu
Bu gün bu kiçik ölculu, amma ürəyi çox böyük olan romanı oxudum.
Səhifələri az olsa da, hiss etdirdikləri o qədər dərindi ki…
Bir uşağın dili ilə yazılması məni çox təsirləndirdi. Oxuduqca ürəyim neçə dəfə sıxıldı, neçə yerdə dayandım, düşündüm, kövrəldim…
Həyatı bir uşağın gözü ilə görmək…
Günahsızlığın, anlamadığı ədalətsizliyin, səssiz müşahidə etdiyi ağrıların içindən baxmaq…
Bəzi cümlələr ürəyimin dərinliklərinə toxundu.
“Həmişə uşaqlara düşür anaları anlamaq, İnci?”
Bu sual ürəyimdə düyün saldı.
Sadə, amma sarsıdıcı bir üslubu var idi.
Mükəmməl idi.