Aylin

Aylin
@ayllinnera
aut viam inveniam, aut faciam.
Doktor
Azerbaycan Tıp Universitesi
17 okur puanı
Mart 2022 tarihinde katıldı
Puan vermedi·120 syf.··
2025 8. kitabı
Adından da göründüyü kimi, əsər bir idam məhkumunun edam qərarının təsdiqləndiyi gündən başlayaraq, infaz gününə qədər keçirdiyi hissləri və yaşadıqlarını danışır. V.Hugo sadəcə hadisələri yox, məhkumun bütün duyğularını, düşüncələrini elə gözəl qələmə alıb ki, oxuduqca sanki onun yanında idim və onunla eyni hissləri keçirirdim. Məni ən çox təsirləndirən, məhkumun gilyotində (adını ilk oxuyanda belə ürpərdiyim həmin o məşhur edam alətində) gerçəkləşməsi və insanlar buna o qədər adət etmişdilər ki, hamısı bunu çox normal qarşılayırdı, sanki bu belə olmalı idi. Düşünürəm ki, belə hiss etmə səbəbim məhkumun hisslərinin bilməyim idi çünki, məhkum da deyirdi ki, “Korkulacak bir şey olmadığını, acı çekilmediğini, sakin bir ölüm olduğunu, ölümün böylece kolaylaşdırıldığını söylüyorlar. Peki ya altı haftalk bu can çekişmeye, gün boyunca süren bu iniltiye ne demeli? Çok yavaş ve çok hızlı geçen o telafisi imkânsiz son günün endişelerine ne demeli? Giyotin sehpasına çıkan o ıstırap merdivenine ne demeli?” Bunlar yaşanarkən keçirilən hissləri heçkim bir edam məhkumu qədər hiss edib, bilə bilməzdi. V.Hugonunda elə çatdırmaq istədiyi də bu idi - ölüm hökümünün sadəcə bir cümlədən ibarət olmadığını, o son anlara qədər yaşanan o tənhalığı, qorxunu, ümidsizliyi bizə yaşatmaq.
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,8bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·184 syf.··
2025 6. kitabı
Canım Zezem Mənə elə dərindən təsir etdinki, səni nadincliklərinlə, sevginlə, maraqlarınla, balaca bədənində daşıdığın o böyük ürəyinlə - hər şeyinlə ürəyimin ən gözəl yerinə qoydum və səni sevdim. İnanmağın üçün, sənin deyiminlə: “Yemin ediyorum ki, seni seviyorum, Zeze.” Məncə, bir uşaq ailəsində nə qədər sevgiyə ac böyüyürsə, o, böyüdükcə sevgini evindən kənarda axtarmağa başlayır. Qarşısına çoxlu insanlar çıxır — bəzən elə biri olur ki, tapdığını düşünür, amma yanılır. Yanlış insanların sevgisinə inanır, güvənir, bağlanır və sonda xəyal qırıqlığı yaşayır. Hər xəyal qırıqlığı isə onda yeni bir yara açır. Bəzən isə Zeze kimi, öz Portugasını tapmaq xoşbəxtliyi qismət olur. Uşaqlar sevgiyə möhtac qalmamalıdı, çox insandan eşitdiyim bir cümlə var, deyirlər “Sevgi hər şeyi həll etmir”, amma məncə ailənin göstərdiyi sevgi heçbir bənzəri olmayan bir duyğudu. Çünki insanlar gəlir və gedir, amma ailə həmişə sənin yanındadır. Heç kim olmayanda, özünü tənha hiss edəndə ailənə sığınmaq, onların varlığını bilmək belə insana güc verir. Bir uşaq sevgi ilə böyüyürsə, o, heç vaxt kənarda sevgi axtarmır, heç vaxt özünü sübut etmək üçün artıq heç nə etmir. Çünki o, sevildiyinə əmin olur. Belə böyüyən uşaq, cəmiyyətə qarışdıqda, xarakteri formalaşmış, özü ilə barışıq bir insan olur. Heç bir övladı anasına “Anne, benim doğmamam gerekirdi”, atasına “Babamı öldüreceğim… Onu yüreğimde öldüreceğim, artık sevmeyerek… Ve bir gün büsbütün ölecek.” dedizdirəcək qədər, və özünə “Beş para etmem. Çok kötüyümdür. Bir fazla boğazdan kurtaracağım onları… Bu gece kendimi Mangaratiba treninin altına atacağım.” dedirdəcək qədər sevgiyə möhtac buraxmayın. Sevgisizlik və diqqətsizlik insan da çox dərin yaralar açır. Ona görə də həmişə sevgi ilə qalın…
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,7bin okunma
Puan vermedi·112 syf.··
2025 5. kitabı
Uzun müddətdən sonra yenidən kitab oxumağa vaxt tapdım. İIk öncə yazar haqqında onu demək istəyirəm ki, dilini çox bəyəndim - anlaşıqlı idi ve yorucu deyildi. Kitaba gəldikdə isə dünya klassiklərindəndir və məncə hərkəsin oxuması gərəkən bir əsərdir. Əsər qısa olsa da, bir çox mövzuları - sosial ədalətsizlik, irgçilik, həyat şəraiti fərgləri və bunun insanların xarakterinə fərqli yansımalarını özündə cəmləşdirir. Məncə yazar bir çox detayları oxucularına çox incə şəkildə çatdırıb. Əsər boyunca Lennie-nin saflığına və sevdiyi şeylərə qarşı çox böyük duyğu ilə bağlanmasına heyran qaldım. Amma məncə hərkəs bilir ki, hər şeyin çoxu zərərli ola va heçdə yaxşı olmayan nəticələr doğura bilir.
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023212bin okunma