Ülviyyə xanımın qələmindən çıxan və oxuduğum daha bir maraqlı roman.
Əsərdə ard-arda baş verən cinayətlərin araşdırılması üçün müharibədə iştirak etmiş prokuror Camalov sərhəd rayonlarından birinə təyinat alır.
Bu cinayətlər niyə törədilmişdi? Səbəblər nə idi?
Oxucu bütün roman boyu bu suallara cavab axtarır.
Ailə münasibətləri, qohum-əqrəba arasındakı qısqanclıqlar, varlı-kasıb mövzusu və müharibənin buraxdığı yaralar kitabda geniş şəkildə əksini tapır.
Mövzusu maraqlıdır, lakin hadisələrdə keçmişə aid fləşbəklərin çoxluğu bəzən oxucunu bir qədər yora bilər.
Detektiv sevənlər üçün maraqlı seçimdir.
Martin İden”
Gücün, əzmin, səbrin, tükənmişliyin simvolu… Martin…
Hər kəsin həyatında enişlər, yoxuşlar olur. Vacib olan odur ki, bunların əbədi davam etməyəcəyinin fərqində olasan. Daxilində belə bir boşluq varsa, tükənmişlik, bezginlik hissi o dəlikdən özünə yol taparaq bütün bədənini ələ keçirməyə başlayacaq. Həyat eşqin nə qədər çox olsa da bu hissdən qurtulmaq üçün gec ola bilər. Martin də bu boşluğa düşdü, özünü bu hissin “əllərinə” buraxdı. Şöhrətinin ən güclü çağında həyatdan əlini-ətəyini çəkdi. Öz sonunu çox sürətli gətirdi.
Hər şeyə çox məna yükləməmək lazım. Yoxsa sonu yaxşı bitmir
Xoşbəxt sonluqlarda görüşək.
Martin İdenJack London · TEAS Press · 0134,9bin okunma
Aljir…
Ülviyyə xanımın əəən çox təriflənən kitabını nəhayət ki, mən də oxudum. Və doğurdan da deyildiyi qədər varmış.
Aljir represiya qurbanlarının həyat yoldaşları üçün yaradılmış düşərgədir. Bu qadınların hər biri ziyalı idi. Qələm tutmağa öyrəşmiş əllər düşərgənin şaxtasından, məcbur edildikləri işlərdən cadar-cadar olmuşdu.
Vətəni üçün canını belə fəda etməyə hazır olanlara bir andaca “Vətən xaini” damğası vuraraq, “güllələnmə” əmrini verirlər. Bu necə bir təzaddır, ilahi!
Bu insanları demək olar ki, elə öz tanışları ölümə göndərdi; bir süfrə arxasında oturduqları, ən çətin zamanda onlara sığınanlar.
Bu romanın tarixi olması, yaşanan hər bir acının həqiqətən baş verməsi insanı çox kədərləndirir. İnsan insana bu acını, ağrını yaşatmamalıdır. Bir insanın həyatına son qoyulması başqa bir insan tərəfindən olmamalıdır. Yaşamaq hər kəsin haqqıdır.
Çox uzatmayım:) Əgər tarixi yaralarımız haqda məlumatlı olmaq istəyirsizsə, bu romanı oxuyun. Mütləq oxuyun
#aljir#ülviyyətahir#tarixiroman#səbatnəşriyyat
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma
“Atama məktub”…
Bir uşaq üçün ata obrazının nə qədər önəmli olduğu hamımıza məlumdur. Onlar tərəfindən əzizlənmək, dinlənilmək, müdafiə olunmaq hissini heç bir şey əvəz edə bilməz.
Bəzən atalarımız düşünürlərki, nə qədər sevgilərini çox göstərsələr uşaqları “şımarar”.
Onların nəvazişindən əksik böyüməkdənsə, qoy elə biz sevgidən “şımaraq”.
Bu həyatda hər şey vaxtında gözəldir. Düşünək ki, biz bir bağbanıq. Bağımızda ən gözəl gülü yetişdirməkdir məqsədimiz. Elə isə onun nəvazişinə kökdən başlayaq. Axı o böyüyüb, qönçələri ilə bizim qəlbimizi isidəcək, sevgimizin, qayğımızın bəhrəsini verəcək:)
Körpələrin qəlbinə gedən yol da bu sevgidən keçir. İnanın heç bir uşaq sevgidən “qudurmur” amma sevgisizlikdən əzab çəkərək, dünyanı həm özünə həm də digərlərinə zindan edir.
Keçək kitaba…
Herman Kafka çox çətinliklə kasıblıqdan zənginliyə keçid etmiş, gücünü əldə edərək öz uşaqlarını da güclü böyütmək istəyən bir atadır. Amma seçdiyi yol onun uşaqlarının nəyinki güclü, hətta özgüvənsiz böyümələrinə səbəb oldu.
Həyatının bütün əksikliklərində özünü atasına sübut etmə cəhdləri vardı. Böyüsə də daxilindəki o natamamlıq hissi onu tərk etmirdi. O da çarəni yazmaqda gördü.
Bu məktublar Kafkanın qəlbində qopan fırtınalardan, atasına deyə bilmədiyi etiraflardan, ən əsası daxilindəki uşağın sevgiyə nə qədər ehtiyacı olduğunun hayqırışlarından ibarətdir.
Bu dünyaya sevgi dolu uşaqlar gərəkdir.
#franskafka#atamaməktub#babamamektub#parlaqimzalar#lifeinbooks
Atama MəktubFranz Kafka · Parlaq imzalar · 054bin okunma