Miss Eden

Puan vermedi·168 syf.··
2023 12. kitabı
Treysi Biker uşaq evində böyüyən, dəcəl, uşaqlarla çətin yola gedə bilən, yazıçı olmaq istəyən, kimsə onu övladlığa götürsün deyə çaba sərf edən bir obrazdır. Əsəri obrazın özü danışır. Və Treysi Bikerin gündəliyini oxuyuruq oxuyanda. İllustirasiyalar Treysi Bikerin gündəliyinə xüsusi rəng və fərqlilik qatır. Normalda uşaq kitablarını sevsəm də , bu ortalama kitab oldu mənim üçün. Sevimlilərim arasına girə bilmədi. Amma ümumilikdə rahat oxunan, ağır kitablardan sonra, ya da reading slump dövründə oxuna biləcək kitabdır.
1000k
Treysi Bikerin HekayəsiJacqueline Wilson · Qanun Nəşriyyatı · 05 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
6/10
·196 syf.··
2023 8. kitabı
·
13 günde okudu
·
Okunma: 20 Nisan 2023 00:29
Kitabda Fəlatun bəy və Rakım əfəndi kimi iki əks qütbün, əks ziddiyyətdə obrazların həyatından söz açılır. Ümumilikdə qədim türk adət-ənənələri səmimi şəkildə qələmə alınıbdır. Asanlıqla türk ailələrinin yaşam tərzinə şahid ola bilərsiniz. Eyni zamanda Avropalıların da yaşam tərzi türk ailələrininki ilə müqayisə olunub. Əsəri oxuduqda əsəbləşə, qınaq obyektinə çevriləcək onlarla məsələ tapa bilərsiniz. Amma ayna şəffaflığında həmin dövrü yansıtdığına görə məncə, yazıçını təqdir etmək lazımdır. Yazıçıdan ilk dəfə idi oxuyurdum. Aşağı bal verməyim də sadəcə olaraq köhnə zamanın yaşayış tərzinə əsəbləşməyimdən ola bilər. :) Əsəbləşdiyim çox nüans kitabdan uzaqlaşmağıma səbəb olsa da, yazıçının qələmi kitabı sonadək oxutdarmağa vadar edirdi.
Roman
Fəlatun Bəy və Rakım ƏfəndiAhmet Mithat Efendi · Teas Press · 028,3bin okunma
8/10
·144 syf.··
2022 165. kitabı
·
16 saatte okudu
·
Okunma: 22 Haziran 2022 11:21
Alzheimer xəstəsi olan və gəncliyini qatil olaraq keçirmiş yaşlı obrazın illər sonra qızını qorumaq üçün yenidən gənclik illərindəki kimi cinayət işləməsi Şahsiyet serialını xatırladırdı ki, bir qədər araşdırdıqdan sonra serialın elə məhz bu kitabdan ilhamlanaraq çəkildiyin oxudum bir yerdə. Serialı sona qədər izləmədiyim üçün müqayisə edə bilməyəcəm. Amma alzheimer xəstəliyinin insana oynadığı ağıl oyunları bir tərəfdən, qatil olmasına səbəb olan hadisənin məhz uşaqlıqdan atasının uşağında qoyduğu travmalar olması məni çox sarsıtdı. Çox təəssüf ki, real həyatda da bu kimi hadisələrə sıx-sıx rast gəlmək olur. Kim nə deyir, desin bəzi insanlar valideyn olmağa doğurdan da layiq deyillər.
Edebiyat
Bir Katilin GüncesiKim Young-Ha · Timaş Yayınları · 20246,3bin okunma