Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytaj

Aytaj
@aytajsafar
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Ağrını bilən bir oğlanın hekayəsi…
Sevərək, maraqla və üzülərək oxuduğum bir kitabdır. (SPOİLƏR var!) Kiçik yaşlarında ailə sevgisi görməyən, ailəsi tərəfindən döyülən və bir zaman da ölməyi istəyən kiçik bir uşağın hekayəsi. Öz düşüncələri, insanları başa düşmə bacarığı ilə digərlərini təəccübləndirən bir uşaq. Yaşadığı çətinlik onu sanki çox tez böyütmüşdü. Bəzən bir çoxlarının həyatında baş verən hadisələr, dəyişikliklər onu olduqca tez böyüməyə vadar edir. Zeze də onlardan biri idi. Və onun sadəcə 5 yaşı var idi. Ən əsası bilirsiniz nədir? Onun həyatını portuqaliyalı tamam dəyişmişdi. Təsəvvür edin bir vaxtlar böyüyəndə öldürmək istədiyi adam onun üçün bir müddət sonra ən sevdiyi adam olur. Bir növü mənəvi atası kimi olmuşdu ona. Və onun ölümüylə Zeze həyatının ən böyük zərbəsini aldı. Bizi uçurumdan çıxaran insanla bizi yenidən o uçuruma salan insanın eyni insan olması kimi idi. Kitab haqqında uzun-uzun danışa bilərik. Hadisələr, rollar və.s Tövsiyyə edə biləcəyim bir kitabdır. Xoş oxumalar
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022231,3bin okunma
Reklam
285 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
•Hisslərimiz kimi Qarmaqarışıq olan bir kitab
Kitab əslində günümüzdəki reallıqları əks etdirir. Bizim üçün əsas yerlərdən biri olan məktəb. Məktəbdəki hadisələr. Kitab anlaşıqlı dildə yazılıb. Həyatımızda əhəmiyyət kəsb edən 3 hiss. Sevgi, dostluq və xəyanət. Yazıçı bu 3 hissi kitabda aydın şəkildə izah etməyə çalışıb. Və məncə də uğurlu olub. Məktəblilər üçün ağır vəziyyət idi məncə və bunla mübarizə aparmaqları. Əsas da Murad. Lakin sevgi haqqında Muradı heç sevmədim. Hümrasını həqiqətən sevən Muradmı yoxsa başqa qızlarla münasibətlər yaşayan Murad? Sevən edərmi bunu? Etməzdi. Həm də Hümranın gözü önündə. Əslində Murad haqqında fikirlərim Qarmaqarışıq dır. Bəlkə də Murad Hümranı həqiqətən də sevmir. Sadəcə Hümra digərlərindən fərqli olduğu üçün diqqətin çəkir. Tərbiyəli, mədəni, ağıllı bir qız olduğu üçün. Və bəlkə də onla da münasibəti olandan sonra digərləri kimi gələcək Murada. Amma Hümra sevirdi. Başqa qızlarla yaxın əlaqədə olduğunu bilə-bilə sevirdi, gözünün önündə başqasıyla yaxınlıq etdiyini bilə-bilə sevirdi. Bu da mənim yanaşma tərzim olsun. Uzun-uzun danışmaq olar kitab haqqında. Davamı necə olacaq? Acı sonmu yoxsa sonsuz xoşbəxtlikmi? Əminəm bir müddət sonra bu sonu özümüz oxuyaraq görəcəyik. Uğurlar.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
83 syf.
10/10 puan verdi
·
Beğendi
Sizcə də dünyamız şahmat oyununa bənzəmirmi?
Kitabdan aydın olur ki, yazar fikrini izah etmək üçün şahmat mövzusundan bilərək istifadə edib. Burada bizə həqiqətləri şahmat üzərində demək istəyib. Ağ və qara daş , yaxşı və pisi təmsil edir. Və burada yaxşı və pisi Dr.B və Czentovic üzərində izah edir. Əsər qısa olsa da bizə qatdığı məna olduqca genişdir. Bir nüansda da psixoloji təsirlərin illərcə və bəzən də bizi ölənəcan buraxmadığını ifadə edir. İnsanın heçliyə tərk edilməsi onu ömürlük psixoloji problemin içinə atır. Dr.B, məşhur şahmat ustası olan Czentovic üzərində qələbəsinə az qalmış artıq öz hisslərini idarə edə bilmir, Czentovic olduqca soyuqqanlı yanaşır. Lakin son mərhələdə Dr.B psixologiyasına yenik düşür, oyunun hərarəti onu yanlışlığa aparır. Dr.B-in yaşadığı 4 aylıq psixoloji travma onu son mərhələdə tanınmaz hala salır və özünü idarə edə bilmir. Burada da pis və yaxşı üzərində baxsaq, pis xarakter qazanır. Kitab haqqında çox danışmaq olar, çünki günümüzü ifadə edir və bir fikir aydın olur. Dünya əslində şahmat oyununa bənzəyirmiş…
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020238,3bin okunma